Cümə günü, 20 iyun 2025
     

100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

Image

Nadir İsrafilov: "Hansısa ucqar rayonun bir neçə kəndindəki az şagirdi olan məktəbi birləşdirmək həmin kəndlərdən şəhərlərə axını - urbanizasiya prosesini gücləndirə bilər"

Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunub. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. 

Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır: "Bu o deməkdir ki, hər sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti – 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik".

Danılmaz faktdır ki, bu gün bəzi məktəblərdə şagird sayı azdır. Məlum problem necə həll olunmalıdır? 

"Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək"

Təhsil eksperti Nadir İsrafilov "Bakı-Xəbər"ə şərhində qeyd etdi ki, şagird sayı az olan məktəblər və siniflərin, habelə, şagird sıxlığı müşahidə olunan məktəblər və siniflərin mövcudluğu, bəzi regionlarda müəllim çatışmazlığının, bəzi regionlarda isə müəllim artıqlığının müşahidə olunması nə dünənin, nə də bugünün problemdir: "Bu, uzun illərdən bəri optimal həllini gözləyən vacib məsələlərdən biri kimi daim gündəmdə saxlanılıb. Baxmayaraq ki, bu məsələnin tənzimlənməsi istiqamətdə müəyyən işlər görülüb, hətta ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramın hazırlanıb həyata keçiriləcəyi ilə bağlı rəsmi vədlər də verilib. Bununla belə, müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans hələ də qalmaqdadır. Kiçik bir xatırlatma yerinə düşər ki, hələ 2000-ci ilin əvvəllərində Dünya Bankının layihəsi çərçivəsində Ucar, İsmayıllı rayonları və Şirvan şəhərində rasionallaşdırma tədbirlərinə başlanılsa da, şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi - məktəb şəbəkəsinin rasionallaşdırılması prosesinə start verilsə də, məktəblərin birləşdirilməsi, şagirdlərin köçürülməsi məsələlərində müəyyən problemlər yarandı. Nəticədə proses təxirə salındı. Hətta az şagirdi olan məktəblərin böyük məktəblərə birləşdirilməsi, sonra şagirdlərin avtobuslarla daşınması kimi məsələlər müzakirə olunurdu. Sonradan qərara alındı ki, bu iş yalnız Ucar rayonunda həyata keçirilsin. Amma tam hazırlıq olmadığı üçün bu da baş tutmadı. Müəyyən mənada qanunvericilik bazası, digər infrastruktur məsələsi həll edilmədiyi üçün bu işi aparmaq mümkün olmadı. Belə hesab edildi ki, gələcəkdə rasionallaşdırma tədbirləri ilə bağlı daha yüksək səviyyədə sənədlər qəbul edildikdən sonra prosesə başlanıla bilər.  Ovaxtkı rəsmi statistikaya əsasən, ölkəmizdə şagirdlərinin sayı 30-dək olan 315, 31-dən 50-dək olan 38, 51-dən 100-dək olan 9 ibtidai məktəb var idi. Ölkədə şagirdlərinin sayı 30-dək olan 89 əsas və 9 orta, 31-dən 50-dək olan 154 əsas və 74 orta, 51-dən 100-dək olan 325 əsas və 323 orta məktəb mövcud idi. Belə az sayda şagird kontingentinə malik əsas və orta məktəblərin mövcudluğunun məqsədəuyğun olmadığını, müvafiq məktəb şəbəkəsinin rasionallaşdırılması üzərində ciddi düşünmək lazım gəldiyi bildirildi.  "Təhsil haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, ibtidai və ümumi orta təhsil müəssisələri azkomplektli formada fəaliyyət göstərə bilər. Artıq yalnız ucqar kənd yerlərində, şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq. Qanun layihəsi  Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edildi. Ucqar kənd yerlərində, şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək".

Ekspert hesab edir ki, şagird azlığı təhsilin strukturuna nə dərəcədə təsir etsə belə, hansısa məktəbin və ya sinfin ləğv edilməsi düzgün mövqe sayıla bilməz. Hazırda regionların inkişafı ilə əlaqədar prezidentin sərəncamları var: "Regionların sosial vəziyyətini yaxşılaşdırmaq, mədəni, məişət obyektlərinin  tikintisini gücləndirməklə, müəyyən stimullaşdırıcı qərarlar qəbul etməklə yeni iş yerləri açmaq, təyinat yolu ilə gənc müəllimlərin kənd yerlərinə axınını artırmaq olar.  Bu istiqamətdə müəyyən işlər görülür, modul tipli məktəblərin şəbəkəsi getdikcə daha da genişləndirilir. Hansısa ucqar rayonun bir neçə kəndindəki az şagirdi olan məktəbi birləşdirmək həmin kəndlərdən şəhərlərə axını - urbanizasiya prosesini gücləndirə bilər. Çünki hər bir kəndin mövcudluğu üçün gərək onun məktəbi, xəstəxanası, mədəniyyət evi olsun. Əgər məktəbləri rasionallaşdırma adı ilə həmin kənddən köçürsək, o kənd məhv olub gedəcək və bir kənd kimi tarixdən silinəcək, təhsildən yayınma hallarının baş verməsi qaçılmaz olacaq. Bu gün təhsilin keyfiyyətindən danışırıqsa, bu heç də təhsilin əhatəliliyini və davamlılığını arxa plana keçirmək anlamına gəlmir. 2025-ci il üçün Azərbaycan dövlət büdcəsindən təhsil sahəsinə 4 milyard 946 milyon manat vəsait ayrılması və bunun 2024-cü illə müqayisədə 395,7 milyon manat (8,7%) artması təhsilin inkişafına dövlətin prioritet yanaşmasını göstərir. Həmin vəsaitdən rasional istifadə etməklə vəziyyətdən optimal çıxış yolu tapmaq olar".

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

20.06.2025 / 17:09
Xaosa bürünmüş dünyada Azərbaycanın tək yolu var - İlham Əliyev nə deyib...?

20.06.2025 / 17:07
Bahar Muradova Sabirabadda vətəndaşları qəbul edib

20.06.2025 / 16:54
Türkiyə-Azərbaycan qardaşlığının təcəssümü Kahramanmaraş

20.06.2025 / 16:40
DTX Qaxda əməliyyat keçirdi - icra başçısı və müavinləri saxlandı

20.06.2025 / 16:20
"Əkinçi"dən sonra Qafqaza düşən "Ziya"

20.06.2025 / 16:05
İki ölkədən İsrailə hərbi dəstək - İrana qarşı 14 yük təyyarəsi ilə silah göndərdilər

20.06.2025 / 15:43
"Avropa İttifaqı səmasını üzümüzə bağlayıb, Ermənistan da bağlayacaq?" - Overçuk

20.06.2025 / 15:20
Bakıda soyğunçuluq edən 3 nəfər yaxalandı

20.06.2025 / 14:55
10 mindən çox aliment borcu olan Saatlı sakini həbs edildi

20.06.2025 / 14:47
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub - FOTO

20.06.2025 / 14:41
Prezidentin Naxçıvandakı nümayəndəliyinə dair qanunvercilik MR Konstitusiyasına daxil edilir

20.06.2025 / 14:25
Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib - FOTO

20.06.2025 / 14:25
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb

20.06.2025 / 14:09
DİN-dən Bakıda keçirilən UFC turniri ilə bağlı açıqlama - təhlükəsizlik polis tərəfindən təmin olunur...

20.06.2025 / 13:52
Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

20.06.2025 / 13:37
Qubadlıda skelet fraqmentləri aşkarlandı

20.06.2025 / 13:16
Azərbaycan və Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sənədi təsdiq edildi - FƏRMAN

20.06.2025 / 13:15
Azərbaycan və Çin arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı təsdiqləndi - FƏRMAN

20.06.2025 / 13:12
Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş təsdiq edildi - FƏRMAN

20.06.2025 / 13:10
Армения - безхозная. Интересная история - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.06.2025 / 12:45
DTX tərəfindən saxlanan Fransa şirkətinin vitse-prezidentinin məhkəməsi başladı

20.06.2025 / 12:16
Azərbaycan və Avstraliya XİN başçıları İsrail-İran qarşıdurması nəticəsində təhlükəsizlik vəziyyətini müzakirə ediblər

20.06.2025 / 12:00
Paşinyan Ərdoğana sığınır...

20.06.2025 / 11:31
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib

20.06.2025 / 11:30
"Bakıda biznes mühiti çox əlverişlidir" - Putinin xüsusi nümayəndəsi

20.06.2025 / 11:20
"İranda nüvə obyektlərinə hücumlar Çernobıl faciəsini təkrarlaya bilər"

20.06.2025 / 11:13
İngilis klubu 2 milyon funt sterlinq cərimələndi

20.06.2025 / 11:06
Yasamalda tanınmış şirniyyat mağazasının fəaliyyəti dayandırıldı

20.06.2025 / 11:03
Tramp geri çəkildi. İrana 2 həftə zaman. Nələr baş verir? - CANLI

20.06.2025 / 11:00
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

20.06.2025 / 10:35
İlon Mask Rusiyadan sığınacaq istəyib? - Rusiya rəsmisindən ŞOK AÇIQLAMA

20.06.2025 / 10:26
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub

20.06.2025 / 10:20
İsrail Rəşt şəhərinə də zərbə endirdi

20.06.2025 / 10:15
Ulduz futbolçu mədə xəstəliyinə görə xəstəxanalıq oldu

20.06.2025 / 10:06
ABŞ İrana qarşı taktiki nüvə silahını nəzərdən keçirir

20.06.2025 / 10:02
Abbas Araqçi bu gün avropalı nazirlərlə görüşəcək

20.06.2025 / 10:00
Bu iki rayonda işıq olmayacaq - XƏBƏRDARLIQ

20.06.2025 / 09:41
Tanınmış meyxanaçı yenidən həbs edildi

20.06.2025 / 09:41
İsrailin tərifli Dəmir Qübbəsi son 24 saatda İran raketlərinin yalnız 65%-ni zərərsizləşdirdi

20.06.2025 / 09:32
Xamneyinin bunkerinin yerləşdiyi ərazidə güclü partlayış baş verdi

20.06.2025 / 09:25
Avtomobillərin vahid məlumat bazası fırıldaqçıların bazarını öldürəcək....

20.06.2025 / 09:24
Trampın İran barədə ən qorxunc gözləntisi-uzun sürən müharibəyə ilişmək...

20.06.2025 / 09:21
Dilarə Əliyevanın qardaşı reanimasiyaya yerləşdirilib -TƏCİLİ

20.06.2025 / 09:18
Ölkəmizdə akkreditə olunmuş diplomatlar Laçına gediblər

20.06.2025 / 09:06
"İsrail hücum edən zaman İran nüvə bombası hazırlamırdı" - BAEA-nın baş direktoru

20.06.2025 / 09:02
"Günahsız insanlar ölür, sülhü birlikdə axtarmalıyıq" - Roma Papasından ÇAĞIRIŞ

20.06.2025 / 08:33
Tarif Şurası bir qiymət qoyur, apteklər baha satır - cəza isə çox yumşaq olur...

20.06.2025 / 02:02
Tehranda İranın xarici işlər naziri Ərakçiyə sui-qəsd cəhdi...

20.06.2025 / 01:15
Netanyahu orduya Xamneyi ilə bağlı göstəriş verdi - İranda heç kim toxunulmaz deyil...

20.06.2025 / 00:38
ABŞ-la İran arasında ilk birbaşa təmas - Tramp müharibə ilə bağlı qərarını iki həftə ərzində açıqlayacaq…

19.06.2025 / 23:24
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərindən görüntülər paylaşılıb - VİDEO

19.06.2025 / 22:05
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb - FOTO

19.06.2025 / 21:50
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

19.06.2025 / 21:46
Netanyahu Xamneyini zərərsizləşdirməyi istisna etmədi

19.06.2025 / 21:22
ABŞ dollarının sentyabradək "ömrü qaldı" - hamı Çin yuanına keçir...

19.06.2025 / 21:07
Paşinyan Rusiyanın göndərdiyi təhlükəli milyarder barədə fakt açdı...

19.06.2025 / 20:54
Tramp öncədən bilirdi ki, Xamneyi şərtsiz təslimat təklifini qəbul etməyəcək...

19.06.2025 / 20:40
ABŞ parçalandı - Trampçılar İranla müharibəyə girişi qadağan edən qanun layihəsi hazırladı…

19.06.2025 / 20:25
Azərbaycana kütləvi turist axını yalnız bu yolla mümkün ola bilər...

19.06.2025 / 20:12
AB-nin mülki missiyası Mehridə - İranın düz yanında özünə möhkəm baza qurur...

19.06.2025 / 19:58
Paşinyan-kilsə qarşıdurması Azərbaycanla sülhü təhdid altına atdı...

19.06.2025 / 19:44
Qərbi Azərbaycan termininin tarixi köklərinə yeni erməni təcavüzü...

19.06.2025 / 19:31
Azərbaycanda hakimlər sayca 3 dəfə az, işlər isə çox - hakim çatışmır...

19.06.2025 / 19:22
Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına dair məxfi əmri məhkəmədə tədqiq edilib

19.06.2025 / 19:14
Rusiya ABŞ-a xəbərdarlıq etdi - silahlandırmanı dayandırın...

19.06.2025 / 19:08
Bərdədə Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirildi - FOTO

19.06.2025 / 18:57
DİM 3-cü qrupda "baldəyişmə əməliyyatını" davam etdirir...

19.06.2025 / 18:49
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır - FOTO

19.06.2025 / 18:43
Gürcüstan 17 milyard qazanır, Azərbaycan nə qədər qazana bilər?..

19.06.2025 / 18:35
"Qardaşlığımız davam etdiyi müddətcə hər sahədə birgə əməkdaşlığımız davam edəcək" - Yaşar Gülər

19.06.2025 / 18:29
Rusiya və Çin hələlik İrana əməli heç bir dəstək verməyib - niyə?

19.06.2025 / 18:15
İsrail-İran müharibəsi və Ermənistanın hazırlaşdığı ssenarilər...

19.06.2025 / 18:01
“Təbrizi vuran PUA Qarabağdan buraxıldı” - İran yalan yayanları diqqətdən qaçırmamalıdır...

19.06.2025 / 17:47
Daha bir beynəlxalq konfransda Qərbi Azərbaycan məsələsi qaldırıldı...

19.06.2025 / 17:35
"Azərbaycanın azad edilmiş torpaqları bərpa və inkişaf meydançasıdır" - Ərdoğan

19.06.2025 / 17:27
Ərdoğan: "Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin nümunəsidir"

19.06.2025 / 17:23
Trampı İsrail-İran müharibəsinə girməkdən çəkindirən əsas amil...

19.06.2025 / 17:10
Böyük qayıdış özü ilə geniş istehsal və xidmət şəbəkəsi gətirir...

19.06.2025 / 16:57
"Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi" - Prezident İlham Əliyev

19.06.2025 / 16:53
Prezident: "Türkiyə və Azərbaycan bir-birinin yanında inamla, uğurla irəliləyir"

19.06.2025 / 16:47
"Azərbaycan məhəlləsinin yaradılması çox gözəl hadisədir" - Prezident İlham Əliyev

Böyük qayıdış özü ilə geniş istehsal və xidmət şəbəkəsi gətirir...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456