"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev
Biz həll edilməmiş məsələlərə son düzəlişləri etmək üçün iştirakçılarla işləməyə davam edəcəyik. Trend xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev jurnalistlərə bildirib.
"Bu gün inkişaf etmiş ölkələr tərəfindən müəyyən edilmiş 250 milyard dollarlıq hədəfi də əhatə edən sadələşdirilmiş qərar layihələri paketini dərc etdik", — deyə o qeyd edib.
Onun sözlərinə görə, COP29-un balanslaşdırılmış nəticələr paketi təqdim edəcəyi gözlənilir ki, bu da iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması üzrə nəticələri də əhatə edir.
“250 milyard dollar — bu, bu gün əldə etdiyimiz rəqəmdir. Bu məbləğ tərəflər arasında müzakirə olunmağa davam edəcək və yekun razılaşma əldə etdikdə, bu barədə daha ətraflı şərh verə biləcəyik.
250 milyardlıq hədəf həm dövlət, həm də özəl mənbələri əhatə edir. Bu, bəzi tərəflər tərəfindən irəli sürülən bir təklifdir və biz bu təklifləri layihəyə daxil etmişik”, — deyə o əlavə edib.Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik – Yalçın Rəfiyev