Cümə günü, 14 mart 2025
     

Ermənistanda COP29-a qatılmamaq peşmançılığı başladı - çox şey itirilib...

Image

Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməməsi daha çox bu ölkənin özünün maraqlarına xələl gətirməkdədir. Qeyd edlən xüsusda İrəvanda da artıq etirafların sayı sürətlə artır.

Xatırladaq ki, Azərbaycan müvafiq konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib. Ermənistan qeydiyyatdan keçsə də, İrəvanın nümayəndələri Bakıdakı tədbirdə iştirak etməyiblər. Ekspertlər hesab edir ki, Ermənistanın COP29-da iştirakı Cənubi Qafqaz regionunda əməkdaşlıq, o cümlədən iqlim dəyişməsi kimi vacib məsələlərin birgə müzakirəsi baxımından faydalı imkan olardı. Amma İrəvan bu imkanə əldən verdi. Bütün hallarda Ermənistanın COP29-da iştirak etməməsi Bakı ilə danışıqlara təsir etməyəcək. Rəsmi Bakının mövqeyi belədir ki, COP29 tədbirinin Azərbaycan-Ermənistan danışıqlarına aidiyyəti yoxdur. Sadəcə prosesdə ən çox itirən Ermənistanın özüdür. Bunu erməni ekspert Areq Marqaryanın açıqlamaları da təsdiq edir: "Azərbaycanda iqlim dəyişikliyi üzrə BMT konfransı – COP29 keçirilir. Dünyanın müxtəlif yerlərindən bu beynəlxalq iqlim konfransının Azərbaycanda keçirilməsinə qarşı nə qədər qınaq səslənsə də, Azərbaycan dünya biznes liderlərinin, elmi dairələrin və müxtəlif ölkələrin dövlət xadimlərinin toplaşdığı məkana çevrildi. Bəli, bəzi dövlət başçısı COP29-a gəlmədi, lakin çoxları iştirak etdi və ümumilikdə bu, Azərbaycan üçün daha müsbət istiqamətdə gedir. Düşünürük ki, bu hadisəni işıqlandırmaq nə qədər xoşagəlməz olsa da, bir nəzər salmağa və Bakıda COP29 çərçivəsində baş verənlərə baxmağa dəyər". Bununla yanaşı, "axar.az" portalının məlumatına əsasən, erməni ekspert xatırladıb ki, 11-22 noyabrda Bakıda keçirilən COP29-da 100-dən çox dövlət başçısı, nazir və xüsusi nümayəndə iştirak etmək üçün qeydiyyatdan keçib: "Avropa İttifaqından  tutmuş BMT-yə qədər, onlarla ölkənin lideri, beynəlxalq təşkilatların rəhbərləri tədbirdə iştirak edirdi. 100-ə yaxın iştirakçı ölkə ən azı müvafiq nazirlər səviyyəsində təmsil olunub. COP29-a həmçinin bərpa olunan enerjidən avtoproma, emal şirkətlərindən tutmuş aparıcı İT şirkətlərinə qədər, dünyanın ən böyük biznes şirkətləri qatılıb. İlk bir neçə gün ərzində Azərbaycan artıq tikilməkdə olan bir neçə bərpa olunan enerji layihələrinə əlavə olaraq, yeni günəş elektrik stansiyasının tikintisi üçün "Masdar" ilə 160 milyon dollarlıq müqavilə imzalayıb. Yeri gəlmişkən, Ermənistanın ANİF Fondu bir vaxtlar "Masdar"la müqavilə bağlamışdı, ərəb şirkəti ilə bağlanan müqavilə nəticəsində AYG-1 günəş stansiyası tikiləcəkdi, bu da ən böyük günəş stansiyası olacaqdı. Ermənistanda ANİF müflisləşdi və bağlandı, layihənin icrasına belə başlanmadı və "Masdar" Ermənistanı etibarsız tərəfdaş hesab edərək, son dərəcə narazı qaldı.

COP29-a qayıdaq. Azərbaycan beynəlxalq ictimaiyyətdə müəyyən rezonans doğuran yeni neft müqavilələri ilə bağlı müzakirələrə başlayıb, lakin bu, Azərbaycanın işgüzar danışıqlarını davam etdirməsinə mane olmayıb və prezident İlham Əliyev çıxışında bildirib ki, qaz və neft Tanrının hədiyyəsidir və ondan istifadə etmək lazımdır. Bəs biz Ermənistanda nələr edirdik? Bəli, digər xırda daxili siyasi cəfəngiyyatlarla yanaşı, Ermənistana səfər edən isveçli ekoloq Qreta Tunberqin Ermənistana gələrək Azərbaycan əleyhinə çıxış etməsi bizi sevindirdi. Qreta Tunberqin "qızıl dövrü"nün açıq-aşkar arxada qaldığını unutmuşuq - o, hələ 16 yaşında yeniyetmə idi və dünyadakı ekoloji hərəkatlar üçün məktəbi atıb, onun uğrunda mübarizə aparan ekzotik bir uşaq idi. Müxtəlif beynəlxalq təşkilatlar ondan məmnuniyyətlə istifadə edir, konfranslara, beynəlxalq forumlara dəvət edirdilər. Amma 16 yaşlı emosional uşağın kürsüdən iqlim dəyişikliyindən danışması (ən azı medianın cəlbediciliyi var) başqa şeydir, artıq 21 yaşında, təhsilsiz gənc olanda başqa şeydir. Elə bu səbəbdəndir ki, son bir-iki ildə Qreta nadir hallarda belə prestijli platformalara dəvət olunur və onun əhatə dairəsi xeyli azalıb və maraqsızlaşıb. Amma problem heç də bunda deyil. Məsələ burasındadır ki, Azərbaycan yeni biznes imkanları yaradır, investisiya şəbəkəsini genişləndirir, yeni sektorlara daxil olur, pul qazanmaq imkanlarını artırırsa, Ermənistanda "vacib" hadisə bu savadsızın (hərfi mənada), keçmiş yeniyetmə ulduzun səfəridir. Bundan başqa, diqqətəlayiq haldır ki, COP29 çərçivəsində aparıcı beynəlxalq mədənçıxarma şirkətlərinin iştirak etdiyi enerji transformasiyası və metallara həsr olunmuş ayrı-ayrı müzakirələr aparılıb ki, onlar da gələcəkdə Azərbaycana sərmayə qoya bilər. Ermənistanda isə Qretanı ölkədə yeganə böyük investisiya layihəsinin (söhbət Amulsardan gedir) uğursuzluğunda birbaşa iştirak edən erməni ekoloji fəallar müşayiət edirdi. Bu, həm simvolik, həm də qanunidir. Azərbaycan pul alacaq, biz isə Qretanı almışıq". 

Bütün bunlar olduqca maraqlı etiraflardır və COP29-a qatılmamaqla Ermənistanın çox şey itirməsinin etirafıdır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Küçə və səkilərə qanunsuz qırmızı lent çəkən mağaza sahibləri cəzalanacaq... - VİDEO

Trampın 44 günlük müharibəsinin nəticələri... - VİDEO

Azərbaycanda siyasi partiyalar niyə bu günə qaldı... - VİDEO

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

SON XƏBƏRLƏR

14.03.2025 / 19:02
BMT-nin islah olunmasında Bakı Forumu təsirli rol oynayacaq...

14.03.2025 / 18:48
Ermənistan bu 2 şərti icra etməsə, saziş imzalanmayacaq...

14.03.2025 / 18:41
Tramp Kruskda mühasirəyə düşən minlərlə Ukrayna əsgəri ilə bağlı Putindən xahiş etdi - Bu, ən dəhşətli qırğın ola bilər...

14.03.2025 / 18:37
Bakıda saxta dollar əməliyyatı - 3 nəfər saxlandı, polis digər dəstə üzvlərinin də izinə düşdü + FOTO

14.03.2025 / 18:33
Avroparlament Azərbaycana daha bir düşmənçilik etdi - Vardanyan və digərləri hərbi əsir ola bilməz...

14.03.2025 / 18:22
"Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq" - Prezident

14.03.2025 / 18:19
Prezident İlham Əliyev: "Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:18
"Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq" - Prezident

14.03.2025 / 18:15
Prezident İlham Əliyev: "Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq"

14.03.2025 / 18:14
"Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var" - Prezident

14.03.2025 / 18:11
Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını bildirdi

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

14.03.2025 / 16:26
Məhkəmə işdən azad edilən məktəb direktorunun Dövlət Agentliyinə qarşı iddiasını rədd etdi...

14.03.2025 / 16:15
Sahakyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb"

14.03.2025 / 16:10
Qəzzalıların başı dərddə - Tramp və Nitanyahu onları Afrika ölkələrinə köçürür

14.03.2025 / 16:07
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

14.03.2025 / 15:56
Korrupsiya... İdarəsi Endokrinoloji Mərkəzdə yoxlamalara başladı... Şok faktlar ortaya çıxdı...

14.03.2025 / 15:50
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir" - Baş katib

14.03.2025 / 15:41
Bako Sahakyan: "Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi"

14.03.2025 / 15:33
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olundu

14.03.2025 / 15:17
"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi" - Bako Sahakyan

14.03.2025 / 15:09
Stiven Vitkoff Moskvadan sonra Bakıya gəlib

14.03.2025 / 15:02
Polis Binəqədidə əməliyyatlar keçirdi - 22 kq narkotik, silah, sursat...

14.03.2025 / 14:56
"Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik" - Nazir müavini

14.03.2025 / 14:46
Həqiqi hərbi xidmətin müddətinin azaldılması qəbul edilmədi - Səbəbi də açıqlandı

14.03.2025 / 14:43
"Ermənistanın sürətlə silahlanma siyasətini aparması bölgə üçün ciddi risk təşkil edir" - XİN rəsmisi

14.03.2025 / 14:35
Ukraynanın keçmiş birinci xanımı Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür etdi

14.03.2025 / 14:18
Mladen İvaniç: "Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər"

14.03.2025 / 13:58
Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

14.03.2025 / 13:51
"Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir" - Nazir müavini

14.03.2025 / 13:44
Ağdama ilin sonunadək 10 minə yaxın əhali köçürüləcək...

14.03.2025 / 13:34
Berbok: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir"

14.03.2025 / 13:21
"Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir" - Bülənt Arınç

14.03.2025 / 12:57
"Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır" - Miroslav Layçak

14.03.2025 / 12:34
Ermənsitan və Azərbaycana əlavə dəstək göstərməyə hazırıq - Aİ bəyanat yaydı...

14.03.2025 / 12:23
"Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb" - Xorvatiyanın sabiq prezidenti

14.03.2025 / 12:10
Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

14.03.2025 / 12:06
Daha 24 ailə Ballıca kəndinə köçürüldü

14.03.2025 / 12:00
"Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb" - Baş nazirdən açıqlama

14.03.2025 / 11:54
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının yekun rəyi açıqlandı - Vardanyanın iddialarının heç biri öz təsdiqini tapmadı...

14.03.2025 / 11:29
Revanşistlər Ermənistan-Azərbaycan sülh sazişi razılaşmasını həzm edə bilmədilər

14.03.2025 / 11:25
Azərbaycan Ermənistanla birgə bəyanatdan imtina etdi

14.03.2025 / 11:19
Paşinyan sərhədlərdə üçüncü qüvvə barədə fikrini niyə dəyişdi?

14.03.2025 / 11:12
Aprelin 1-dən Səmərqəndə uçuşlar bərpa edilir - AZAL

14.03.2025 / 11:05
"Bu, zəruri və mühüm addımdır” -rəsmi Tehrandan AÇIQLAMA

14.03.2025 / 11:02
DİN və Penitensiar xidmət Bakıda əməliyyat keçirib

14.03.2025 / 10:24
"Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir" - Mustafa Destici

14.03.2025 / 10:15
Zakir Həsənov Haluk Bayraktarı bu medal ilə təltif edib

14.03.2025 / 10:13
Putinin nala- mıxa vurması Trampı da çətin duruma saldı

14.03.2025 / 10:08
Bakıda "Boranı" restoranında yanğın başlayıb - TƏCİLİ

14.03.2025 / 10:07
Bu gün İmişli iki kəndi qazsız qalacaq

14.03.2025 / 10:02
Makron Azərbaycan-Ermənistan sülh sazişi barədə bəyanat verdi

14.03.2025 / 09:47
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə kampaniyası keçirəcək

14.03.2025 / 09:30
Nikahdankənar doğuşlar kütləviləşir - kimin günahı, kimin səhvi...

14.03.2025 / 09:22
"Barselona" bu futbolçu ilə müqaviləni yenilədi

14.03.2025 / 09:18
"BMT-nin Vardanyan işi ilə bağlı rəyini alqışlayırıq" - XİN bəyanat yaydı

14.03.2025 / 09:07
Ərəb dövlətləri Qızzanın bərpa planı ilə bağlı ABŞ-a meydan oxudular..

14.03.2025 / 08:38
“Ailələri dağıdan qadınlardır" - Komitəyə ekspertlərdən reaksiyalar...

14.03.2025 / 01:15
Avropa Parlamentində yeni korrupsiyaya qalmaqalı - axtarışlar aparıldı, saxlananlar var...

13.03.2025 / 22:38
Prezident İlham Əliyevin “Instagram” səhifəsində XII Qlobal Bakı Forumunun açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

13.03.2025 / 22:31
Tramp Putinin bəyanatını natamam adlandırdı və təhdid etdi

13.03.2025 / 22:31
“Qərbi Azərbaycan” ifadəsi ermənilərin qorxulu yuxusuna çevrilib

13.03.2025 / 22:10
Ağstafada dönərdən kütləvi zəhərlənmə - 9 nəfər xəstəxanalıq oldu

13.03.2025 / 21:54
Təqsirləndirilən şəxs: "Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı"

13.03.2025 / 21:41
"Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi" - Qukasyandan qondarma rejimlə bağlı etiraf

13.03.2025 / 21:35
Madat Babayan: "Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi"

13.03.2025 / 21:30
Qondarma rejimdə yüksək rütbələri Ermənistanın hərbi-siyasi rəhbərliyi verirmiş – məhkəmədə yeni faktlar açıqlandı

13.03.2025 / 21:22
İsrail ordusu Dəməşqə hücum edib

13.03.2025 / 21:20
“Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” Bakı Forumunda müzakirə edildi

13.03.2025 / 21:18
Putin yenə nala-mıxa vurdu

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ