Belqorodda da fövqəladə vəziyyət elan edildi - vəziyyət gərginləşməkdə davam edir...
Belqorod bölgəsində gərgin vəziyyətə görə, fövqəladə vəziyyət elan edilib. Vilayətin qubernatoru Vyaclav Qladkov, Kurskda olduğu kimi Belqorodda da federal fövqəladə vəziyyət elan etmək üçün Rusiya hakimiyyətinə müraciət etmək niyyətində olduğunu deyib.
"Belqorodda vəziyyət son dərəcə çətin və gərginləşməkdə davam edir. Ukrayna silahlı qüvvələri hər gün atəş açır, evlər dağılır, yaralananlar var, dinc sakinlər həlak olur. Buna görə də insanları qorumaq və eehtiyacı olanlara yardım göstərmək üçün bütün bölgədə fövqəladə vəziyyət elan etdik" - deyə qubernator bildirib.
Məlumat üçün bildirək ki, Rusiya qanunvericiliyinə görə, regional səviyyədə fövqəladə vəziyyət, bir bölgədə 50-500 nəfərin ölümü və ya yaralanması və 12 milyon-1,2 milyard rubl arasında maddi ziyan olduğu halda elan edilir. Federal səviyyədə fövqəladə vəziyyət isə 500-dən çox insanın təsirləndiyi və ya maddi ziyan 500 milyon rubldan çox olduğu hallarda elan edilir.
TAHİR