Türkiyəyə giriş zamanı barmaq izi alınacaq - nazirdən AÇIQLAMA
Türkiyədə ölkəyə giriş zamanı barmaq izinin alınmasını nəzərdə tutan layihə hazırlanır. Bu barədə "Sabah" qəzeti ölkənin daxili işlər naziri Əli Yerlikayaya istinadən məlumat yayıb. “Nazir bildirib ki, Türkiyəyə daxil olarkən ABŞ və Böyük Britaniyada olduğu kimi, barmaq izi alınacaq”, - nəşr yazıb. O qeyd edib ki, müvəqqəti qoruma statusu alanların, xüsusilə də suriyalıların şəxsiyyət vəsiqələrinə çip yerləşdiriləcək.
Nazirin sözlərinə görə, o tip şəxsiyyət vəsiqələrini saxtalaşdırmaq mümkün olmayacaq.
Mətləb