İran Fransa, Almaniya və Britaniyanın İsraillə bağlı çağırışını rədd etdi - qərarlıyıq...
İranın Xarici İşlər Nazirliyi Fransa, Almaniya və Böyük Britaniyanın Tehrana yönəlik çağırışlarının heç bir siyasi məntiqinin olmadığını və beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib.
Qurumun sözçüsü Nasir Kanaani deyib ki, "Fransa, Almaniya və Britaniya utanmazcasına İrandan İsrail tərəfindən onun suverenliyi və ərazi bütövlüyünün pozulmasına cavab verməməyi tələb edirlər”. Kanaani bildirib ki, İran İsraili dayandırmaqda qərarlıdır.
Qeyd edək ki, Britaniya, Fransa və Almaniyanın liderləri İranın İsrailə mümkün hücumu ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda İranın İsrailə qarşı, regional gərginliyin daha da artmasına səbəb olacaq, eləcə də atəşkəs və girovların azad edilməsini nəzərdə tutan sazişin imzalanmasına təhlükə yaradacaq istənilən mümkün hücuma görə məsuliyyət daşıyacağı deyilir.
TAHİR