Azərbaycan-Türkiyə Media Platformasında növbəti görüş keçirildi
Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə Türkiyənin Azərbaycandakı Səfirliyinin və Türkiyə Diyanət Vəqfinin təşəbbüsü ilə bir qrup jurnalist Səfirliyin Dini İşlər üzrə Müşavirliyində səhər yeməyinə dəvət olunub.
Səmimi ortamda keçən görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir jurnalistləri salamlayaraq, bu görüşün əhəmiyyətini qeyd edib. Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık jurnalistləri maraqlandıran sualları cavablandırıb. Daha sonra jurnalistlər Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib, şəhidlərin ruhuna Fatihə oxunub.
Sonda xatirə şəkli çəkilib, Müşavirlik tərəfindən jurnalistlərə müqəddəs "Quran"ın azərbaycan dilinə tərcümə nüsxəsi hədiyyə olunub.
SAMİRƏ