Şadlıq sarayları qiymətləri yenə qaldırdı - ən çox da 40 manatlıq menyular...
2024-cü ilin may ayında Bakıda şadlıq saraylarında sifarişlərin sayı 7.1 faiz artıb. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, tələbin artması qiymətlərə də təsir göstərib. Belə ki, şadlıq saraylarında may ayında qiymətlər 5.3 faiz artıb.
Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb - 7.3 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 4.5 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.1 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 100,6 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 faiz, qeyri-qida malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,4 faiz təşkil edib.
ZÜMRÜD