Çexiya və Almaniyadan ÇAĞIRIŞ: Rusiyadan enerji asılılığı azaldılmalıdır!
Çexiya və Almaniya Avropa İttıfaqını (Aİ) Rusiyadan qaz və neft tədarükündən mərhələli şəkildə imtina etməyin yollarını və üsullarını işləyib hazırlamaq üçün işçi qrupu yaratmağa çağırıblar. “Bloomberg” agentliyinin ən son xəbərində deyilir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habekin və Çex Respublikasının ticarət naziri Cozef Sikelanın Belçikanın energetika naziri Tinna Van Der Stratenə ünvanladıqları məktubda deyilir. Məktubda Rusiyadan enerji asılılığının azaldılmasının olduqca vacib olduğu vurğulanır.
Mətləb Salahov