Samir Şərifov 2024-cü il büdcəsinə yenidən baxılmasını şərtləndirən amilləri açıqladı...
2024-cü il dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər açıqlanıb.
Trend xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklikliyin müzakirə zaman məlumat verib.
Nazir bildirib ki, yenidən baxılmanı şərtləndirən amillər Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır.