Çin sentyabrda qlobal təhlükəsizlik üzrə forum keçirəcək
Çinin İctimai Təhlükəsizlik Nazirliyi sentyabr ayında Lyanyunqan şəhərində (Tszyansu əyaləti) qlobal təhlükəsizlik üzrə beynəlxalq forum keçirəcək. Bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndəsi Li Qoçjun məlumat verib.
“Bu foruma onlarla ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərlərinin dəvət ediləcəyi, bir çox hüquqi məsələlərin müzakirəsi planlaşdırılır”, - o qeyd edib. L.Qoçjun Pekinin bu forumun qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi üçün ən böyük beynəlxalq platformaya çevrilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Mətləb Salahov