Ermənistanda etiraz aksiyası başlayıb, 200-dək şəxs saxlanılıb - İrəvan polisi (YENİLƏNİB)
İrəvanda ümumilikdə 67 etirazçı saxlanılıb. Bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb. Bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.
Nəticədə onlar İrəvanda dövlətlərarası, regionlararası əhəmiyyətə malik olan magistral yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.
***
İrəvan polisinin son məlumatına görə, saxlanılan şəxslərin sayı 196 nəfəri keçib.
Mətləb