Mariya Zaxarova ABŞ-la məzələndi: “Moskvadakı ABŞ səfirliyini vurun”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə ABŞ tərəfini ələ salıb, rişxənd obyektinə çevirib. Rusiya XİN sözçüsü, ABŞ-a Ukraynanın Moskvadakı Amerika səfirliyinə hücuma icazə verməsini təklif edib. Diplomat öz Telegram kanalında Ukrayna Silahlı Qüvvələrinə ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirmək çağırışına münasibətini dərc edib.
Zaxarova qeyd edib ki, Maykl Makkol ABŞ Konqresində keçirilən dinləmələrdə Ukraynaya Amerika silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsinə icazə verməyə çağırıb. “Mən Maykl Makkal üçün ilk növbədə üzərində işləmək lazım olan “Rusiya çölünün” ünvanını dərc edirəm: Moskva, pl. Donetsk Xalq Respublikası, 1, s. 1-9 (ABŞ səfirliyi),” Zaxarova yazıb.
O, həmçinin əlavə edib ki, Makkal Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Departamentindən amerikalı diplomatların donanmasının təfərrüatlarını ala bilər.
Mətləb