KÖHNƏ VERSİYA            

Sözümüzün polkovniki

Image

Yazıçı Tahir Kazımovun ölümünə elegiya


80 il əvvəl Cəbrayılın Soltanlı kəndində dünyaya gəlmişdi. Gidi dünya onu elə doğulan gündən qarabaqara izləməkdə, təqib etməkdə idi. Gözünü açanda bir kasıb daxmanın altında anası Xeyrənsəni, böyük qardaşı Qəzənfəri, bacısı Qərənfili görmüşdü. Atasının adı sənədlərdə Şirin qeyd olunsa da, ötən əsrin axırlarınacan soltanlılar onu Şirinkazım deyə xatırlayardılar. Şirinkazım müharibədən əvvəl Cəbrayıl maarifində işləyib. İndi də soltanlılar arasında Şirinkazımın düzlüyü, doğruluğu, həqiqətlərə sərt yanaşma ilə tabeliyi haqında rəvayətlər dolaşır. 

Müharibənin ilk illərində kəndin kasıblarına yardımların paylanmağında Şirin əsas sima olub. Kimin nəyə ehtiyacı olduğunu bilib və bildiyinə də əməl edib. Hətta 50-ci illərdə də hansısa bir kasıbın payı kəsiləndə deyərmişlər ki, Şirin ayıran payı kəsmək, Allahsızlqıdır.  Anası Xeyrənsə Şirinin mənəvi düsturunu övladlarının tərbiyəsində əsas götürmüşdü. 

Tale elə gətirib ki, Qəzənfər Kazımov – Azərbaycanın görkəmli alimi, mənim müəllimim olub, Tahirlə də həyatın gətirdiyi qanunauyğunluqla dostluğumuz bünövrə tapıb. Bacıları Qərənfil xanım Cəbrayılda qonşumuz idi.  Bu 3 Azərbaycan ziyalısının, bir ailənin üç övladının bütün böyümə məsuliyyəti hamısı bir ananın üzərinə düşmüşdü. Və artıq qeyd etdiyim kimi böyük Ana da övladlarını ömür-gün həmdəmi, İkinci Cahan Savaşının qəhrəman zabiti Şirinkazımın qoyduğu yola yönəldə bilmişdi. 

Tahirin ölüm xəbəri mənim ruhumdan, varlığımdan acı külək kimi keçdi. Axı onunla məni bağlayan yolların da başlanğıcı 40 ildən o tərəfə indi az qala unudulmaqda olan bir zamandan gəlirdi. Tahir bizim ailəyə elə o illərdən doğma olub. Qardaşım Əlibalaya da hələ Qaradağ rayonunda polis rəisinin müavini olduğu zamandan doğma və isti münasibət bəsləyirdi. 

1986-cı ilin söhbətidir. Bir gün də Cəbayılda məni tapıb bir tədbirə dəvət etdi. 30 ildən sonra orta məktəbdə birgə oxuduğu sinif yoldaşlarının görüşünü təşkil etmişdi. Xudafərin kafesi... Soltanlıda Elbrus Əhmədoğlunun kafesində yığışmalı olduq. Sözün həqiqi mənasında rayonun mənəvi mühitində kifayət qədər tanınan adamlar cəmlənmişdi buraya. Yaxşı yadımdadır, Əjdər həkim çıxışında mənim tədbirdə iştirak etməyimə işarə ilə bu görüşün bir yaddaş yazısı olacağını da dedi və, əlbəttə, bunun üçün Tahir Kazımovun xidmətlərini yüksək dəyərləndirdi. Səyavuş Sərxanlı da, mən də - qonaq qismində iştirak etsək də, çıxış elədik. Söz yox, çıxışlarımızda Tahir Kazımovun hüquq-mühafizə orqanlarındakı dəyərli xidmətlərini qeyd etsək də, onun “Ulduz” jurnalının bünövrə daşını qoyanlardan biri olduğunu da unutmadıq. 

Həmin tədbir haqqında yazım “Xudafərin” qəzetində dərc olundu, sonralar bildim ki, Tahir Kazımov həmin qeydləri öz kitablarından birinə də daxil etmişdi.  Sonra avtoqrafla “Qisas” adlı kitabını da verdi və həmin kitab haqqında “Qurd ağzından keçən yol” adlı bir yazı da qələmə aldım. Son illərəcən deyirdi ki, mənim haqqımda ilk yazını sən yazmısan. 

Tahirin “Müsibət” romanı haqqında silsilə yazılar da yazdım. Ayrı-ayrı vaxtlarda əsərlərini oxuyub fikirlərimi bölüşürdüm. Xüsusilə söhbət hara hərlənsə də, atasının məktubları ilə bağlı povestinin haqqında təəssüratım həmişə təzələnirdi. 

Tahir Kazımov çoxlu iri həcmli əsərlərin müəllifi idi. Xüsusilə ömrünün son illərində qələmə aldığı Azərbaycan tarixinin müharibə bahadırlarından və dövlətçilik sütunlarından biri kimi xatırlanan Uzun Həsən haqqında silsilə romanları ədəbiyyat salnaməmizin ən dəyərli nümunələri kimi həmişə oxunacaq yaşarı bir əsərdir. 

Tahir Kazımov sağlam bir ailənin başçısı idi. Hüquq-mühaifzə orqanlarındakı xidməti ilə polkovnik rütbəsinəcən gəlib çatmışdı. 

... və mən ona həmişə ədəbiyyatımızın polkovniki deyirdim.

Dövlətimiz onu qüsursuz xidmətlərinə görə dəfələrlə təltif etmişdi. Ədəbiyyat, mədəniyyat tariximizdəki xidmətləri də unudulmamış, ona “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdi. Oğlu Şirin Amerikada tibb təhsili almışdı və təhsil uğurlarına ABŞ prezidentinin fəxri mükafatına layiq görülmüşdü.

Süleymana qalmayan dünya Tahiri də cismən saxlamadı, amma onun mənəvi həyatı Azərbaycan təbiəti ilə, türk ruhu ilə, Uzun Həsən ömrü ilə bundan sonra da davam edəcək. Əbədiyyat sakini, ruhun aram olsun... Cəbrayılda adınla, sanınla, şöhrətinlə görüşənədək.

Əli Rza Xələfli 

15.03.2022








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031