“Utancaq” Şəfaya yubiley təbriki
O gün sinif yoldaşlarımızla bir məclisdə idik. Düz 28 ildən sonra, xüsusən də xətrini çox istədiyimiz sinif rəhbərimiz Hüseynqulu müəllimin yanında sanki yenidən uşaqlaşdıq. Baxmayaraq ki, sinif yoldaşlarımızdan birinin övladının toyunda iştirak edirdik. İçimizdə ən çox sevinən Allahyarova Şəfa idi. O Şəfa ki, 6-da oxuyanda ailəsi Müşviqabaddan Bakıya köçdü və biz, yəni sinfin digər əlaçıları rahat nəfəs aldıq...
Çünki bu Şəfa nə möcüzə idisə hamının sevimlisi idi. Onu məktəbdə hamı çox istəyirdi, xüsusi bir hörməti vardı. Müəllimlərimiz bizi döydükləri halda Şəfanı əzizləyib bəzən öz yanlarında oturdurdular. Onun xətrini istəsəm də, içimdə gizli bir qısqanclıq vardı. O gün özünə də etiraf elədim bunu. Tək məndə yox e, sinfimizin digər əlaçıları da ona həsəd aparırdı. Axı, biz də həmişə “5” alırdıq. Hətta mən sinifdəki oğlanların arasında yeganə “tərifnamə” alan idim.
Müəllimlırimiz bizi ürəkləri istədikləri kimi tənbeh edir, yeri gələndə döyürdülər də. Amma Şəfaya heç vaxt güldən ağır söz demirdilər. Ümumiyyətlə, ona nəsə deyəndə yanağı qıpqırmızı olurdu. 32 ildən sonra Şəfanı gördüyümüzdə heç dəyişməmişdi. Həmin mehriban, səmimi, mülayim və utancaq Şəfa idi.
Bu gün həmin utancaq Şəfanın doğum günüdür, özü də yubileyidir. Sinif yoldaşlarımızın adından bizim utancaq Şəfanı səmimi qəlbdən təbrik edirəm!
Eşidirsən, Şəfa müəllimə, doğum günün mübarək!!!