Bu gün 8 güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır
Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatı davam edir. Yarışın 5-ci günündə Azərbaycanın 8 güləşçisi mübarizə aparacaq. Sərbəst güləşçilərdən Elman Ağayev (57 kq), Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq), Əli Tsokayev (79 kq) və Rəvan Musayev (97 kq) mübarizəyə ilkin mərhələdən start verəcək. Görüşlər saat 10:30-da başlayacaq.
Qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) bu gün final görüşünə çıxacaq. Mərziyyə Sadıqova (72 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq. Bu qarşılaşmalar saat 18:00-da başlayacaq.
Mətləb