“Rəisinin helikopterində güllə izləri aşkarlanmayıb” – İran ordusunun Baş Qərargahı
İran Prezidenti İbrahim Rəisinin əyləşdiyi helikopterinin qəzaya uğraması barədə İrandan daha bir rəsmi açıqlama yayılıb. “Tasnim” xəbər saytının yazdığına görə, İran Silahlı Qüvvələri Baş Qərargahının Kommunikasiya Mərkəzi, ölkə prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin göyərtəsində qəzaya uğrayan helikopterin ölçüsü və səbəbləri ilə bağlı Ali İstintaq Komissiyasının ilk hesabatını dərc edib.
Hesabatda qeyd olunur ki, qəzaya təxminən bir yarım dəqiqə qalmış qəzaya uğrayan helikopterin pilotu uçuş heyətində olan digər iki helikopterlə əlaqə saxlayıb. Qəzaya uğrayan helikopterin komponentlərində güllə izləri və ya digər xarici təsir əlamətlərinin olmadığı vurğulanır. Qəzaya uğrayan helikopterin hündürlüyə qalxdıqdan sonra alovlandığı da bildirilir.
Mətləb Salahov