Dünyadan Fələstinin tanınması ilə bağlı ard-arda açıqlama - 1967-ci il sərhədləri... ABŞ qarşı çıxdı...
Şimali Avropa ölkəsi Norveç mayın 28-də Fələstini rəsmən tanıyacağını bəyan edib. "Həm israillilər, həm də fələstinlilər üçün siyasi həlli təmin edən yeganə alternativ, yəni iki dövlətin sülh və əmin-amanlıq içində birgə yaşamasını təmin etməliyik" deyən Norveçin baş naziri Yonas Qar Store iki dövlətli həllə işarə edib. Nazir bildirib ki, Norveç Fələstini 1967-ci il sərhədləri ilə tanıyacaq.
İrlandiya və İspaniya da Fələstini dövlət kimi tanıyacaqlarını açıqlayıblar. İrlandiyanın baş naziri yaxın həftələrdə bununla bağlı addımlar atmağı planlaşdırdıqlarını deyib. İspaniyanın baş naziri Pedro Sançes isə mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacaqlarını açıqlayıb.
Norveç, İspaniya və İrlandiyanın ardından Sloveniya, Malta və Belçikadan da Fələstinin tanınacağı açıqlaması gəlib.
Fələstini dövlət kimi tanıması qərarından sonra Ağ Ev prezident Co Baydenin məsələ ilə bağlı mövqeyini açıqlayıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü prezident Baydenin danışıqlar yolu ilə Fələstin dövlətinin tanına biləcəyini vurğulayıb. Bildirilib ki, Bayden iki dövlətli həllin tərəfdarıdır və Fələstin dövlətinin birtərəfli qaydada tanınmasının əleyhinədir.
Bu arada, Kolumbiya prezidenti Qustavo Petro ölkəsinin Ramallahda səfirliyinin açılması ilə bağlı göstəriş verib. Xarici işlər naziri Gilberto Murillo isə Kolumbiyanın Ramallah səfirliyinin açılması üçün prosesin başladıldığını bildirib, Ancaq nazir Ramallahdakı səfirliyin nə vaxt açılacağı ilə bağlı dəqiq bir tarix açıqlamayıb.
Qeyd edək ki, Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santos səlahiyyət müddətinin bitməsinə 4 gün qalmış, 3 avqust 2018-ci ildə Fələstini dövlət kimi tanıyıb.
TAHİR