KÖHNƏ VERSİYA            

Minsk Qrupu niyə ləğv edilmir? - ATƏT rəhbərliyinin təxribat planları var...

Image

Aydın Quliyev: “Bütün bunlardan ATƏT-in rəhbərliyi nəticə çıxarmalıdır və nəzərə almalıdırlar ki, Minsk qrupunun hələ də rəsmi saxlanılması həm də bölgədə gedən proseslərə bir təxribatdır” 

“ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. 

Prezident qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.

Prezident 2021-ci ilin yanvarında ATƏT-in Minsk qrupunun Fransadan və Amerikadan olan həmsədrlərinin Bakıya səfəri zamanı onların üzünə demişdi ki, siz niyə gəlmisiniz, biz sizi çağırmamışıq. 

Azərbaycan Prezidenti bu günlərdə də o mövqeyi təkrarladı ki, Minsk qrupu buraxılmalıdır. Prezident Əliyevin açıq tələbinə baxmayaraq, ATƏT rəhbərliyi hələ buna reaksiya verməyib, heç bir addım atmayıb. ATƏT-dən bir reaksiya, tərpəniş yoxdur, Minsk qrupunu buraxmırlar. 

Niyə Minsk qrupunu buraxmırlar, o təsisatı niyə ləğv etmirlər? Bir qurum ki, işləmir, Azərbaycan da onu yaxına buraxmır, deyir ki, mənə vasitəçi lazım deyil, özüm problemi həll etmişəm. 

“Görürsüz, ATƏT rəhbərliyinin ehtiyatsız və müəyyən qədər də səhlənkar yanaşması nəticəsində yaşamaqda davam edən ölü Minsk qrupunun saxlanılması bölgədə necə fitnəkar və təxribatçı hərəkətlər üçün ideya mənbəyi rolunu oynayır” 

“Bakı-Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev bizimlə söhbətində bildirdi ki, əslində ATƏT rəhbərliyi Minsk qrupunu Vətən müharibəsi başa çatan kimi dərhal buraxmalı idi. “Çünki BMT-nin mandatı altında “Dağlıq Qarabağ” münaqişəsinin həll edilməsi missiyası naminə təsis edilmiş və missiyasını yerinə yetirməmiş olan bir qurumu saxlamağın mənası yox idi. Halbuki, hələ müharibə bitəndən düz iki ay sonra, 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun iki həmsədr ölkəsinin nümayəndəsini qəbul edərkən çox açıq və kəskin tonla onlara “niyə gəlibsiniz, mən sizi dəvət etməmişəm” kimi mesaj verdi və Qarabağ münaqişəsinin artıq Azərbaycanın öz gücü ilə ilə tam həll edildiyini, bundan sonra Minsk qrupunun köhnə missiya, köhnə mandat  altında fəaliyyət göstərməsinə heç bir ehtiyacın qalmadığını bildirmişdi. Bu sözlərdən sonra ATƏT-in rəhbərliyi təəssüf ki, Minsk qrupunu indiyə qədər hələ buraxmayıb və bu gün də onu formal, ölü vəziyyətdə olsa da, yaşatmaqda davam edir. Əslində, heç bir hüquqi və siyasi əsası olmayan Minsk qrupunun rəsmi qaydada buraxılmaması bu gün ATƏT-in özünə başucalığı gətirmir. Çünki dünyada ATƏT-ə qarşı hətta bəzən ittihamçı tonda suallar yaranmağına səbəb olur. Sual verilir ki, əgər münaqişənin həll olunmasında heç bir rolun olmadısa, münaqişəni Azərbaycan öz gücü ilə həll etdisə, olmayan bir münaqişənin həlli naminə yaradılmış bir ölü təşkilatı formal olaraq saxlamaqda məqsədiniz nədir? Suallar yaranır ki, ATƏT əgər Minsk qrupunu bugünə qədər ləğv etməyibsə, onun bölgədə gedən proseslərlə bağlı arxa və gizli niyyətlərinin olduğu barədə nəticəyə gəlməyə əsas vermirmi? Bütün bunlardan ATƏT-in rəhbərliyi nəticə çıxarmalıdır və nəzərə almalıdırlar ki, Minsk qrupunun hələ də rəsmi saxlanılması həm də bölgədə gedən proseslərə bir təxribatdır. Bu mənada təxribatdır ki, xüsusilə Minsk qrupunun hüquqi qaydada ləğv olunmaması Ermənistanda bütün revanşist dairələrə bir ilham verir, onları həvəsləndirir ki, əgər Minsk qrupu indiyə qədər buraxılmayıbsa, deməli, Azərbaycanla Ermənistan arasındakı “Dağlıq Qarabağ” münaqişəsi guya hələ həll olunmayıb, guya Azərbaycan-Ermənistan normallaşma prosesi lazımı nəticəni verməyəcək və guya Azərbaycanla Ermənistan arasında yenidən bir müharibə vəziyyəti yaranacaq, bu təqdirdə Minsk qrupu kimi bir vasitəçi quruma yenidən ehtiyac əmələ gələcək. Görürsüz, ATƏT rəhbərliyinin ehtiyatsız və müəyyən qədər də səhlənkar yanaşması nəticəsində yaşamaqda davam edən ölü Minsk qrupunun saxlanılması bölgədə necə fitnəkar və təxribatçı hərəkətlər üçün ideya mənbəyi rolunu oynayır”-deyə bildirən A.Quliyev vurğuladı ki, eyni zamanda Minsk qrupunun rəsmən buraxılmaması bəzi dövlətlərə hələ də onun adından sui-istifadə, manipulyasiya etmək imkanı verir. “Elə Ermənistanın özündə media orqanlarında biz tez-tez “ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri”, “ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri” kimi ifadələrinə rast gəlirik.  Hansı ki, münaqişə yoxdursa ATƏT-in Minsk qrupunda Amerikanın hansı həmsədrlərindən söhbət gedə bilər? Fransanın hansı həmsədrindən söhbət gedə bilər? Hətta Amerika və Fransa, eləcə də Rusiya ATƏT-in Minsk qrupunda keçmiş həmsədrlərin adını dəyişərək Azərbaycan-Ermənistan normallaşması üzrə “Amerikanın xüsusi nümayəndəsi”, “Fransanın xüsusi nümayəndəsi”, “Rusiyanın xüsusi nümayəndəsi” kimi statuslar icad ediblər. Əlbəttə, bütün bunlar bölgənin işinə, Azərbaycan-Ermənistan normallaşma prosesinə izafi və ziyanlı müdaxilədən başqa bir şey deyil. Və bütün bu manipulyasiyaların da səbəbi odur ki, Minsk qrupu  indiyə qədər ləğv olunmayıb. Minsk qrupunun ləğv olunması, dediyim kimi, birinci növbədə ATƏT-in özünün rəhbərliyinə başucalığı gətirəcək. Əgər onlar bu addımı atmayacaqlarsa onda Minsk qrupunu formal olaraq qüvvədə saxlamağın Azərbaycana real şəkildə heç bir ziyanı yoxdur. Onsuz da Azərbaycan onları nə vasitəçi kimi, nə də bölgədə hər hansı bir proseslərdə    önəmli qüvvə kimi, iştirakçı kimi görmək və cəlb etmək istəmir. Dəfələrlə Azərbaycan bəyan edib ki, Ermənistanla normallaşma prosesində heç bir beynəlxalq təşkilatın və dövlətin timsalında vasitəçiyə ehtiyac yoxdur. Bütün bunların qabağında ATƏT-in rəhbərliyi Minsk qrupunu buraxmaq barədə ciddi şəkildə düşünməlidir. Oturub gözləməli deyillər ki, günlərin birində Azərbaycanın arxasınca keçmiş Minsk qrupunun üzvləri sayılan ölkələr də bir-bir bəyanat verib Minsk qrupunun tərkibindən çıxsınlar. Mən gözləyirəm ki, ilk növbədə Belarus prezidenti çox obyektiv mövqeyə malik olan bir şəxsiyyət kimi, dövlət başçısı kimi ölü Minsk qrupunun tərkibindən və Minsk konfransına ev sahibliyi edən ölkə statusundan yaxın zamanlarda imtina edəcək. Eləcə də digər ölkələr, o cümlədən Türkiyə, Çexiya, Slovakiya keçmiş Minsk qrupunun üzvülüyündən çıxmaq, imtina etmək haqqında bəyanatlar səsləndirəcəklər. Bu, fikrimcə, ATƏT-in  nüfuzuna böyük bir zərbə olar. Ona görə, ATƏT rəhbərliyi hadisələrin belə səviyyəyə gəlib çıxmasını gözləmədən, məncə, Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan Prezidentinin çağırışınamı, yaxud tələbinəmi deyim, məsuliyyətli yanaşmalıdır”-deyə A.Quliyev bildirdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031