MM-də İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Azərbaycan Respublikasının Milli Məclisində helikopter qəzasında faciəli şəkildə həlak olan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Parlamentin sədri Sahibə Qafarova ağır itki ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına səbir və dözüm diləyib.
ZÜMRÜD