Kosovoda Serbiya bankının filialları bağlanıb
Kosovoda yerli serb əhalini narazı salan qərar verilib. Belə ki, Kosova ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyaya məxsus Post Əmanət Bankının altı filialını bağlayıb.
Hökümətin bu addımı Kosovoda serb valyutasının davamlı istifadəsini qadağan etmək siyasətinin tərkib hissəsidir.
Bu addım həmçinin Kosovo Mərkəzi Bankının ölkədə nağd ödəniş zamanı yalnız avrodan istifadə siyasəti ilə bağlı serblər üçün elan etdiyi üç aylıq keçid dövrünün ötən həftə baştması ilə əlaqədardır.
Mətləb