Son 18 ildə Azərbaycanda İnsan alverinə görə 636 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dərc olunub. Məlumatda qeyd olunur ki, ötən il ölkəmizdə pornoqrafik materialları və əşyaları qanunsuz yayan 5 nəfər saxlanılıb.
Qeyd olunub ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər üzrə saxlanılan şəxslərdən 23 nəfər əxlaqsızlıq yuvaları saxlamaqda, 70 nəfər isə fahişəliyə cəlb etməkdə təqsirli bilinib.
Sənəddə həmçinin vurğulanıb ki, Azərbaycanda 2005-2023-cü illər ərzində İnsan alveri cinayətlərinə görə 636 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 541 nəfəri qadın, 95 nəfəri isə kişi olub.
Mətləb