Yeni Kaledoniyada etiraz aksiyalarında saxlananların sayı 200-ü keçdi...
Yeni Kaledoniya adasında baş verən iğtişaşların yüzlərlə iştirakçısı həbs edilib.
“The Guardian” xəbər verir ki, ali komissar Lui Le Frank keçirdiyi mətbuat konfransında iğtişaşlar zamanı 200 nəfərin həbs edildiyini, 64 jandarm və polisin yaralandığını bildirib. O, jandarm qüvvələrinin adada təxminən 5 min, paytaxt Noumeada isə 3-4 min etirazçı ilə qarşılaşdığını söyləyib.
Xatırladaq ki, etirazların üçüncü gecəsində dörd nəfərin öldürülməsinə, avtomobillərin yandırılmasına və talançılıq hallarına cavab olaraq Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. Ərazidə TikTok platformasına giriş məhdudlaşdırılıb.
ZÜMRÜD