Cavanşir Feyziyev: "Biz bütün dünyaya KKTC-nin müstəqil dövlət olduğu mesajını verəcəyik"
Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev ŞKTC-də görüşlər aparır. Səfər zamanı çıxış edən Feyziyev səfərin məqsədinin bütün dünyaya mesaj vermək olduğunu və bu mesajın da ŞKTC-nin müstəqil dövlət olduğu həqiqətini dünyaya çatdırdığını vurğulayıb. Türkiyə - Azərbaycan, Türkiyə - KKTC və Azərbaycan - KKTC Parlamentlərarası Dostluq Qrupları KKTC-də səfərdədirlər. Ercan hava limanında Azərbaycan - KKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev və onu müşayiət edən nümayəndə heyətini Respublika Məclisinin sədri Zorlu Töre qarşılayıb. Türkiyə Böyük Millət Məclsindən verilən məlumata görə, Töre burada verdiyi açıqlamada Azərbaycan nümayəndə heyətini KKTC-də görməkdən çox xoşbəxt olduqlarını ifadə edərək: “Biz türkük və türk millətinin üzvləriyik” deyib. Türkiyə, KKTC və Azərbaycanın üç dövlət, lakin, bir millətin insanları olduğunu deyən Töre onların kədər və xoşbəxtlikdə birləşdiyini qeyd edib. Birgə hərəkət etməyin vacibliyinə diqqət çəkən Töre, bu birliyin bütün dünyaya güclü bir mesaj verəcəyini qeyd edib.
Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev çıxışında Dostluq Qrupunun yaradılmasından qısa müddət sonra ŞKTC ərazisinə gəldiklərini bildirərək, bu birliyin mühüm mesajı ehtiva etdiyini bildirib. C.Feyziyev çıxışında ŞKTC-nin müstəqil Türk Dövlətlərinin qardaşı olduğunu vurğulayıb və Azərbaycan prezidenti İlham Əliyevin bir neçə gün əvvəl ŞKTC və Azərbaycan prezidentləri arasında telefon danışığında “Azərbaycanın Kipr türk qardaşlarının yanında olacağını” vurğuladığını xatırladıb. Bunun təkcə İlham Əliyevin deyil, Azərbaycanda yaşayan hər kəsin vədi olduğunu deyən Feyziyev, ilk rəsmi səfərindən sonra daha çox görüşlərin olacağına inandığını qeyd edib. C.Feyziyev səfərin məqsədinin bütün dünyaya mesaj vermək olduğunu və bu mesajın ŞKTC-nin müstəqil dövlət olduğu həqiqətini dünyaya çatdırdığını qeyd edib.
Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Orhan Erdem və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov və nümayəndə heyətləri bu gündən etibarən cümə axşamına qədər ölkədə bir çox görüşlərə, ziyarətlərə və açılışlara qatılacaqlar.