ATƏT sədrindən delimitasiya prosesi ilə bağlı açıqlama - mövqe bildirməkdən çəkinirəm...
Delimitasiya Bakı və İrəvan arasında ikitərəfli prosesdir. Trend xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
"Mən buradan öz mövqeyimi bildirməklə prosesə kömək göstərə bilmərəm. ATƏT bu prosesin bir hissəsi deyil, bu, Bakı və İrəvan arasında ikitərəfli prosesdir. Mövqeyimə hörmət göstərməyinizi xahiş edirəm, öz mövqeyimi bildirməkdən çəkinirəm", - o deyib.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Cənubi Qafqaza səfərinə bu gün İrəvanda başlayıb. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirib. ATƏT sədri sabah Azərbaycana səfər edəcəyini bildirib.