TƏCİLİ: Keşiş çağırdı, İrəvanda vətəndaş itaətsizliyi başladı!
Bu gün səhər saatlarından etibarən İrəvanda vətəndaş itaətsizliyi aksiyaları başlayıb. Artıq bir qrup Paşinyan əleyhdarları İrəvandakı əsas yolları bağlamağa başlayıblar. Erməni mediasının yazdığına görə, artıq saxlanılanlar var.
Qeyd edək ki, bu gün Ermənistan paytaxtında yerləşən Respublika meydanında delimitasiya əleyhinə növbəti etiraz aksiyasının keçiriləcəyi gözlənilir.
Mətləb Salahov