Rişi Sunak ingilisləri qorxuya saldı - "növbəti 5 ildə son 30 ildəkindən daha çox..."
Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Qərb ölkələri avtoritar dövlətlərin artan təhdidləri ilə üz-üzədir, qarşıdakı beş il Böyük Britaniya tarixində ən təhlükəli illərdən biri olacaq. Onun sözlərinə görə, növbəti 5 ildə son 30 ildəkindən daha çox dəyişikliklər olacaq:
“Əminəm ki, növbəti bir neçə il ölkəmizin tarixində ən təhlükəli və eyni zamanda transformasiya illərindən olacaq. İran, Çin, Şimali Koreya və Rusiya kimi avtoritar dövlətlər Qərb ölkələri üçün problem yaradır."- baş nazir fikrini tamamlayıb.
Mətləb Salahov