Yunanıstanın Baş naziri bu gün Ankaraya gəlir
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın Baş naziri Kriakos Miçotakisi qəbul edəcək. Danışıqlardan sonra Miçotakis və Ərdoğan birgə bəyanatlarla çıxış edəcəklər. Bu görüşlə liderlər Ankara və Afinanın qarşıdakı dövrdə izləyəcəyi “yol xəritəsi”ni müəyyənləşdirəcəklər.
“Parapolitika” nəşri qeyd edib ki, axşam saatlarında hökumət başçısı Yunanıstana qayıdacaq.
Mətləb