İrəvanda etiraz aksiyasında 41 nəfər saxlanıb...
Ermənistan polisi səhər saatlarında İrəvanın müxtəlif yerlərində keçirilən etiraz aksiyalarında “Vətən uğrunda Tavuş” hərəkatının 41 tərəfdarını saxlayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, saxlanılanlar səhər saatlarında hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan çağırışı ilə İrəvanın bir neçə yerində yolları bağlamağa cəhd göstəriblər.
“Etirazçılar polisin tələblərinə tabe olmadıqları üçün saxlanılıb. Hazırda bütün küçələr açıqdır və sərbəst hərəkətə heç bir maneə yoxdur”, - deyə məlumatda bildirilir.
Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə etiraz edən “Vətən naminə Tavuş” hərəkatı Ermənistanda kütləvi aksiyalar keçirir. Son günlər Ermənistan mediası və ekspertlər hərəkatın dini lideri arxiyepiskop Baqratı Rusiyadan aldığı pul müqabilində ölkədə vəziyyəti gərginləşdirmək cəhdində ittiham edirlər.
ZÜMRÜD