Rusiya ordusu Xarkovda hücuma keçib - Zelenski açıqladı...
Rusiya Müdafiə Nazirliyi Donetskin Novokalinovo kəndini ələ keçirdiklərini açıqlayıb. Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri də Xarkov vilayətində bir neçə yerdə toqquşmaların olduğunu bildirir.
Ukrayna lideri Vladimir Zelenski Rusiyanın Xarkov vilayətində yeni hücuma başladığını iddia edib. Lakin prezident hücumun təfərrüatlarını açıqlamayıb. Zelenski Rusiyanın hücumuna hazır olduqlarını da sözlərinə əlavə edib.
Ukrayna Müdafiə Nazirliyi də Rusiya ordusunun Xarkov vilayətində Volçanski istiqamətində sərhədi keçməyə cəhd etdiyini bildirib. M.Komsomolets-in verdiyi xəbərə görə, hücum zirehli texnikanın dəstəyi ilə iri hava zərbələrindən sonra başlayıb. Müdafiəni gücləndirmək üçün Ukrayna bölgəyə əlavə qüvvələr göndərib.
"Reuters" Rusiyanın yeni hücumunun münaqişədə "yeni cəbhə açdığını" bildirir. Ukrayna Silahlı Qüvvələrindəki yüksək rütbəli mənbə bildirib ki, Rusiya ordusu Xarkovdan 70 kilometr uzaqlıqdakı Voçhansk vilayətində təxminən 1 kilometr irəliləməyə nail olub. Eyni mənbəyə görə, rus qoşunları bufer zona yaratmaq üçün Ukrayna qoşunlarını Rusiya sərhədindən 10 km uzaqlaşdırmağa çalışır.
TAHİR