"Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir" - Prezident
Bu gün çox əlamətdar bir gündür. Hörmətli Baş nazir Robert Fitso Azərbaycana səfər edir.
Bunu Azərbaycan və Slovakiya arasında strateji əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib.
"Səfər çərçivəsində strateji əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yükəsk səviyyəyə qaldıran sənəddir".