KÖHNƏ VERSİYA            

Dünya mediası VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlayır

Image

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər hələ də dünyanın bir sıra nəşrlərinin diqqət mərkəzində qalmaqdadır.

Belə ki, Türkiyənin Anadolu Agentliyi, “Milliyyət”, “Hürriyet”, “Yeni Şafak”, “CNN Türk”, “TR Haber”, “İHA”, “İstiklal”, “Türkiye Press”, “Son saat”, “Yeni gün” portalları, “TRT”, “Haber Global”, “TV 100” media qurumlarının, “Beyaz qazete”, “Akşam” qəzetlərinin və digər nəşrlərin yaydığı xəbərlərdə bu mötəbər VI Mədəniyyətlərarası Dialoq Forumuna böyük marağın olduğu vurğulanıb. Xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşaması barədə fikirlərinə xüsusi yer verilib. “Azərbaycan Prezidenti Əliyev: Dünya məcburi assimilyasiyaya yol açan iyrənc neokolonializm praktikasına göz yummamalıdır”, “İlham Əliyev: Ermənistan ilə sülhə doğru gedirik”, “Əliyevdən Ermənistana mesaj: Çox fəal çalışırıq”, “Kritik toplantıdan əvvəl Əliyevdən yeni açıqlama: Danışıqlar hansı mərhələdədir?” sərlövhələrlə təqdim olunan informasiyalarda dövlətimizin başçısının fikirlərinə istinad edilərək bildirilib ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi qurumlar Avropadan kənarda bəzi ölkələrin daxili işlərinə qarışmağa cəhd edir, lakin neokolonial meyillərə qarşı susur.

Məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında hər hansı vasitəçi olmadan sülh yolunda atılan addımlar, delimitasiya və demarkasiya işlərinə başlanılması, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını qeyd etməsinə geniş yer verilib.

Qardaş ölkə mediasında yer alan xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycanın tarixən mədəniyyətlərin qovuşduğu məkan olması barədə fikri xüsusi vurğulanıb: “Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”.

Rusiyanın “Rossiya 24” dövlət telekanalında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında geniş reportaj yayımlanıb. Reportajda bu mötəbər beynəlxalq tədbirin əsas mövzusunun sülh naminə dialoq və qlobal təhlükəsizlik olduğu qeyd edilib. Tamaşaçıların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqi söylədiyi Bakı Forumunda yüzdən çox ölkənin, o cümlədən Rusiyanın nümayəndələri iştirak edirlər.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy telekanala müsahibəsində bildirib ki, bu tədbirdə çoxqütblü dünya konsepsiyasının inkişafı fonunda mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqi Ukrayna mətbuatının da diqqət mərkəzində qalmaqdadır. “1News”, “Meta”, “Ua24news” və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb. Məqalələrdə Azərbaycan Prezidentinin çıxışına istinadla qeyd edilib ki, Cənubi Qafqazda sabitlik Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə əldə olunub. Azərbaycan Ermənistanla sülh əldə etmək üçün fəal işləyir. Danışıqlar Azərbaycan tərəfindən hazırlanmış sənəd əsasında aparılır. Hazırda sülh prosesində müsbət tendensiya müşahidə edilir, sərhədlərin delimitasiyası ilə yanaşı, həm də demarkasiyaya başlanılıb. Sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, vasitəçilərsiz həyata keçirilir.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər Serbiya mətbuatının da diqqət mərkəzində olub. Bu ölkənin “Politika”, “Tanyug”, “Novosti”, “Alo.rs”, “Pink.rs” nəşrləri, “Voyvodine” radio-televiziyası dövlətimizin başçısının xüsusən neokolonializmlə bağlı fikirlərini önə çıxarıb. Bu ölkə mətbuatı xəbərləri oxuculara “Əliyev neokolonistlərə meydan oxudu: Biz imkan verə bilmərik ki, bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”, “Dünya neokolonializmin iyrənc praktikasına göz yummamalıdır” və digər sərlövhələrlə təqdim ediblər. Yazılarda dövlətimizin başçısının çıxışından aşağıdakı sitata xüsusi yer verilib:

“Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır”.

Qeyd edək ki, yazılarda dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, hər iki ölkənin müvafiq komissiyalarının delimitasiya və demarkasiya işlərinə başladığı və özü də bu prosesin vasitəçilərin iştirakı olmadan aparılması barədə fikirləri də diqqətə çatdırılıb.

Ərəbdilli nəşrlər də Foruma geniş yer ayırıb. Misirin “Ahram”, “Shorouknews, “2lkhbr.com” nəşrləri Forumda müzakirə olunan məsələlərlə yanaşı, dövlətimizin başçısının açılış nitqində qeyd etdiyi mövzulara, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə atılan addımlara diqqət çəkib. Xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində həyata keçirdiyi tədbirlərdən, ölkəmizin təşəbbüsü ilə Hərəkatın parlament şəbəkəsinin, gənclər təşkilatının, qadın platformasının yaradıldığını bildirdiyi xüsusi vurğulanıb.

Əlcəzairdə fransız dilində yayımlanan “Algere54” media resursunda yerləşdirilən xəbərdə Prezident İlham Əliyevin Fransanın neokolonializm siyasətini kəskin şəkildə qınadığı qeyd olunub.

Mərakeşin “Mapexpress”, “Hespress”, “2M.ma”, Qətərin “Gulf Times”, Yəmənin “Pressbee” nəşrlərinin, Bəhreyn Xəbər Agentliyinin yayımladığı informasiyalarda VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən 700-dək qonağın iştirak etdiyi bildirilib. Qeyd olunub ki, Forum çərçivəsində keçiriləcək 4 plenar sessiya və 12 panel iclasında təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər mühüm mövzuların müzakirə olunduğu qeyd edilib. Məqalələrdə dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışında Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olması, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyətinin əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasına da fikirləri diqqətə çatdırılıb.

Mətləb









VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031