Fransa polisi keçmiş birinci xanımı niyə saxlayıb?
Fransanın keçmiş birinci xanımı Karla Bruni sabiq prezident Nikola Sarkozinin prezident seçkisi kampaniyasının maliyyələşdirilməsi işi ilə bağlı növbəti dəfə dindirilib.
Fransa mediasının yazdığına görə, modelyer bu dəfə şübhəli şəxs qismində dindirilib. Halbuki o, indiyədək prosesə yalnız şahid kimi cəlb edilmişdi. Müstəntiqlər hələ ki, Karla Bruni-Sarkozi barədə heç bir qərar qəbul etməyiblər.
Onun vəkilləri də məsələ ilə bağlı mətbuata hər hansı bir açıqlama verməkdən imtina edirlər.
Mətləb Salahov