Uduzurlar, amma gəlirləri rekord gəddə çatıb...
Son zamanlar uğursuzluq zolağından çıxa bilməyən, məğlubiyyətləri ard-arda sıralayan İngiltərə təmsilçisi "Mançester Siti"nin illik gəliri ötən ilə nisbətən artaraq rekord həddə çatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şəhərlilər"in cari il üçün illik gəliri 715 milyon funt-sterlinq təşkil edir. Bu rəqəm ötənilkindən 2,2 milyon funt-sterlinq artıqdır. Komandanın xalis mənfəəti isə 73,8 milyon funt-sterlinqə bərabər olub. Qeyd edək ki, son 4 mövsüm Premyer Liqada çempionluq sevinci yaşayan "Mançester Siti"nin sözügedən gəliri İngiltərədəki bütün klubları üstələyir.
Mətləb