KÖHNƏ VERSİYA            

YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək

Image

Yeni Azərbaycan Partiyasının yaradılmasından 32 il keçir. Artıq hər bir bayramı, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan hadisələri, əlamətdar tarixləri Zəfər ruhunda qeyd edir və bundan böyük qürur hissi keçiririk. 44 günlük İkinci Qarabağ müharibəsində  tarixi Zəfərimiz, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə yeni reallıqlar yaradan qalib Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açılır.

Bu gün partiyanın yaradılmasının 32 illiyini yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəfləri fonunda qeyd edirik. Bu dövrün mühüm hadisələrindən biri dünyanın diqqətini Azərbaycana, o cümlədən azad edilmiş ərazilərimizə yönəldən  prezident və parlament seçkiləri oldu. Hər iki seçki prosesinin Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyətinin təqdimatı, Heydər Əliyev ideyalarına sədaqətin, xalqın həyata keçirilən siyasətə inamının, dövlətimizin başçısı, YAP Sədri cənab İlham Əliyevə etimadının göstəricisi kimi qeyd edirik. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində inamlı qələbəsi yeni dövrün Azərbaycanının yeni hədəflərə doğru böyük qətiyyətlə addımlamasına stimul oldu.

Dövlətimizin başçısı İlham Əliyev son 21 ilin uğurlarından bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan çətin durumla, faciələrlə üz-üzə qaldı. Müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycanın xilası 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbə ilə hakimiyyətə qayıdışından sonra başladı. Əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik yalnız sözdə idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox!  

Bu məqam da daim qeyd edilir ki, hər bir ölkənin gələcəyi ilə bağlı dönüş nöqtələri olur. Xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciəti, 1992-ci il 21 noyabr tarixində partiyanın təsis konfransının keçirilməsi Azərbaycanın həyatında dönüş nöqtələrindəndir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandı. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. “91-lər”in Ulu Öndər Heydər Əliyevə müraciəti, Ümummilli Liderin bu müraciətə çavabı həmin dövrün reallıqları ilə yanaşı, mövcud çətin vəziyyətdən xilas yollarını özündə əks etdirmişdi. Ulu Öndər çavabında belə bir partiyanın yaradılmasına razılığını ifadə etməklə yanaşı, böyük gələcəyi olacağına da əminliyini bildirmişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Yeni Azərbaycan Partiyasının yaradılmasından ötən 32 ilə nəzər saldıqda xalqın bu partiyaya inamının və etimadının saysız-hesabsız uğurlara yol açmasından böyük qürur hissi keçiririk. Partiyanın gücünü, nüfuzunu şərtləndirən əsas faktorlar Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olması və Prezident İlham Əliyevin rəhbərliyidir. Dövlətimizin siyasəti nəticəsində qazanılan uğurlar partiyanın  nüfuzunu artırır, yeri və mövqeyini möhkəmləndirir. Uğurlarımızda payı olan Yeni Azərbaycan Partiyasının hər bir hədəfi Azərbaycanın qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir. 

Ulu Öndər Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdi.  Qısa müddət ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası çətin və şərəfli  yol keçib. Partiyanın qurultaylarında qəbul edilən qərarlar ölkəmizin davamlı uğurlarında öz sözünü deyir. Belə ki, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilən III qurultayında partiyanın yeni Sədri  Prezident İlham Əliyev seçildi. Ümumilikdə 2003-cü ildən sonrakı dövr Azərbaycanın bugünü və gələcəyi üçün mühüm addımlarla, uğurlarla zəngindir. Reallıq budur ki, müstəqil tariximizin ən həlledici məqamlarından biri məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqlədi. Yəni, Ulu Öndər  Heydər Əliyev siyasəti davam etdirildi. Xalq bu siyasətə dəstəyini ifadə edərək cənab İlham Əliyevə səs verdi. Prezident İlham Əliyevin çıxışlarında diqqət yönəldilən reallıqlardan biri məhz bu olur ki, əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi: “Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi”.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə  sabitliyin yaradılması Azərbaycanın dayanıqlı inkişafına geniş yol açdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Son 21 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin yaratdığı reallıqlara əsasən VII qurultayını keçirdi. Bu qurultay partiyanın həyatında tarixi hadisə kimi dəyərləndirildi. Qəbul edilən yeni qərarlar gələcək inkişafa stimuldur. Partiyanın “Biz birlikdə güclüyük!” devizi altında hazırlanan və təsdiqlənən yeni Proqramında qarşıdakı dövrün 11 strateji hədəfi öz əksini tapıb.  

Yeni Azərbaycan Partiyası 32 il ərzində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafına müstəsna töhfələr verib. 1992-ci ildə 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 800 minə yaxın üzv birləşir. Bu inam və etimad onun ümumxalq və qələbələr partiyasına çevrilməsini şərtləndirdi. Yeni Azərbaycan Partiyası ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbə qazanaraq siyasi həyatda və ictimai rəydə lider partiya olduğunu  təsdiqləyir.  Yeni Azərbaycan Partiyası bundan sonra da  üzərinə düşən vəzifələri layiqincə  yerinə yetirməklə Azərbaycanın tərəqqisinə, yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək. Dövlətimizin başçısı İlham Əliyev partiyanın VII qurultayında keçilən yolun təhlili əsasında bu əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Səlim Rəhimzadə,
"Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

ABŞ və Avroittifaq COP29-da böyük maliyyə öhdəliyi götürmək istəmirlər...

4 ildə Ağdama xaricdən yüzlərlə insan gəldi, sonra isə...

Samir Şərifovun Naxçıvanla bağlı iradı niyə haqlı sayılır?

SON XƏBƏRLƏR

21.11.2024 | 22:49
Putindən Kimə qəribə hədiyyə - 10 min əsgərə qarşılıq Şimali Koreyaya 70 heyvan göndərdi...

21.11.2024 | 22:19
Zaxarovaya mətbuat konfransında zəng gəldi - Ukraynaya raket hücumları ilə bağlı danışma... +VİDEO

21.11.2024 | 21:43
MM Lüksemburq parlamentinin ant-Azərbaycan qətnaməsini tutarlı arqumentlərlə alt-üst etdi

21.11.2024 | 21:19
Ermənilərin Azərbaycanda 30 illik “enerji cinayətləri”nin araşdırılması başladı...

21.11.2024 | 21:03
ABŞ Ukraynaya "mina qadağasını" da götürdü...

21.11.2024 | 20:44
Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

21.11.2024 | 20:29
COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

21.11.2024 | 20:15
COP29-un uğurları Fransanı özündən çıxarır...

21.11.2024 | 20:06
Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin ikinci nəşri yayımlandı

21.11.2024 | 20:01
Aİ-95-lə əlaqəli baş verənlər Azərbaycanın iqlim siyasətinin tərkib hissəsidir...

21.11.2024 | 19:48
Ermənistanda COP29-a qatılmamaq peşmançılığı başladı - çox şey itirilib...

21.11.2024 | 19:37
Urmiyədə vətəndaşlar İran rejiminin terroru dəstəkləyən siyasətlərinə etiraz ediblər

21.11.2024 | 19:34
Bakıda benzin-dizellə işləyən bir avtobus olmayacaq...

21.11.2024 | 19:21
244 milyon manat elm üçün nə deməkdir...

21.11.2024 | 19:07
Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib

21.11.2024 | 19:03
BMT məhkəməsi Azərbaycanın iddiasını lüzumsuz yerə bir il uzadır - etnik təmizləmə faktdır...

21.11.2024 | 18:48
G20-nin Ukrayna ilə bağlı yekun sənədi heç nəyi dəyişməyə qadir deyil...

21.11.2024 | 18:41
Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib - FOTO

21.11.2024 | 18:35
“Böyük Qayıdışda” mina problemi - heç bir beynəlxalq dəstək yoxdur, qərəz, ikili standart, erməni barmağı...

21.11.2024 | 18:23
Türkiyə şirkətlərinin azad olunmuş rayonlarda fəaliyyəti barədə şayiələr yayırlar - 4 milyard ayrılıb...

21.11.2024 | 18:21
COP29-da “Yaşıl Dünya Naminə İnklüzivlik” mövzusunda yan tədbir keçirildi

21.11.2024 | 18:15
"COP29-da Paris Sazişinin əsas sahələri üzrə razılığa gəlmək vacibdir" - Britaniya nümayəndəsi

21.11.2024 | 18:09
İqlimlə bağlı məlumatları düzgün təqdim etməyən ölkələr də var - BMT layihə hazırlayıb...

21.11.2024 | 17:56
Azərbaycanda yerli istehsal avtobusları ilə bağlı mübahisə gedir - tələbat var?

21.11.2024 | 17:43
Fransanın bəzi dövlətləri COP-dan çəkindirməsi rəsmi bəyan olundu...

21.11.2024 | 17:30
Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

21.11.2024 | 17:18
COP29 turizmlə bağlı tarixdə ilkə imza atdı...

21.11.2024 | 17:06
Nüvə müharibəsi başlasa Rusiya bu ölkələri vuracaq - dövlət televiziyası bir-bir açıqladı...

21.11.2024 | 16:59
"Bütün tərəflərin COP29-da əhəmiyyətli nəticələrə nail olmaq üçün konstruktiv işləməsi vacibdir" - Annalena Berbok

21.11.2024 | 16:33
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edildi

21.11.2024 | 16:31
"Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq" - BMT Baş katibi

21.11.2024 | 16:24
Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib - FOTO

21.11.2024 | 16:17
Rusiyanın Cənubi Kipri vuracağı iddia edildi - Kremlin təbligatçısı ruslara xəbərdarlıq etdi

21.11.2024 | 16:05
YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək

21.11.2024 | 16:04
"COP29 əla təşkil olunub" - Zaxarova

21.11.2024 | 15:51
"Cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya ödənilir" - Sahil Babayev

21.11.2024 | 15:38
BMT Baş katibi G20 liderlərini COP29-da maliyyə məqsədinin təmin edilməsi üçün göstəriş verməyə çağırdı

21.11.2024 | 15:24
ABŞ nümayəndəsi Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətindən danışdı...

21.11.2024 | 15:17
"Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik" - Quterreş

21.11.2024 | 15:10
"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlimlə mübarizə üçün zəruridir" - BMT Baş katibi

21.11.2024 | 14:50
COP29-da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib

21.11.2024 | 14:43
"Sivilizasiyamızın gələcəyini indi etdiklərimiz və ya etmədiklərimiz müəyyənləşdirəcək" - BMT rəsmisi

21.11.2024 | 14:25
"Çin və ABŞ-ın NDC-ləri qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir"

21.11.2024 | 13:58
Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü

21.11.2024 | 13:56
COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edildi

21.11.2024 | 13:45
"Su məsələləri üzrə Bakı Dialoqu gələcək COP-larda davamlı şəkildə keçirilməlidir" - BMT-nin xüsusi nümayəndəsi

21.11.2024 | 13:43
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

21.11.2024 | 13:29
BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirdi

21.11.2024 | 13:28
Nazir müavini bioloji müxtəlifliyin qlobal səviyyədə azalması səbəblərindən danışdı

21.11.2024 | 13:17
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalandı

21.11.2024 | 13:03
Против Армении должен быть создан международный религиозный трибунал - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

21.11.2024 | 12:53
BDU “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də yer alıb

21.11.2024 | 12:51
Muxtar Babayev hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırdı...

21.11.2024 | 12:40
Hökümət şəhid ailəsi üzvləri ilə bağlı yeni qaydanı təsdiqləyib - hansı yeniliklər var?

21.11.2024 | 12:40
"Su ilə bağlı məsələlərin həlli üçün BMT strukturları arasında əməkdaşlıq gücləndirilməlidir" - Britaniyadan baxış

21.11.2024 | 12:28
UNEP: "119 ölkə biomüxtəliflik üzrə milli hədəflərini təqdim edib"

21.11.2024 | 12:16
Qobustan Günəş Elektrik Stansiyasının tikintisini aparacaq xarici investor bəlli oldu...

21.11.2024 | 11:51
COP29: Yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidlə bağlı müzakirələr davam etdirilib

21.11.2024 | 11:43
COP29 çərçivəsində biomüxtəlifliyin, su ehtiyatlarının və iqlimin qarşılıqlı əlaqəsi mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib

21.11.2024 | 11:30
7 yaşı var, İT şirkətindən iş təklif aldı

21.11.2024 | 11:10
On ayda 21 milyard kubmetrdən çox təbii qaz ixrac edilib - DGK

21.11.2024 | 11:05
Ölkəmizdə "yaşıl texnologiya" əsasında iki yeni data mərkəzi tikiləcək

21.11.2024 | 11:02
Sülh üçün Ərdoğan planı və Putinin yeni nüvə doktrini. Dünya təhlükədə... - CANLI

21.11.2024 | 11:00
Uyğunlaşma xüsusi tədbirlər və adekvat maliyyə tələb edir - nazir müavini

21.11.2024 | 10:40
Azərbaycan idmançısı Avropa üçüncüsü olub

21.11.2024 | 10:15
Xətaidə yolu keçən 59 yaşlı qadını maşın vurub

21.11.2024 | 10:10
Türkiyədə bir neçə polisi yaralayan 11 şübhəli saxlanılıb

21.11.2024 | 10:10
"Titanik"in aktyorları 27 il sonra bir arada...

21.11.2024 | 10:05
Bu ölkə "Hizbullah"ı terror təşkilatı elan etdi

21.11.2024 | 10:00
"Su və iqlimə uyğunlaşma mövzuları əsas müzakirə mövzularıdır" - Jason Morrison

21.11.2024 | 09:30
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına dəstək QƏTNAMƏSİ

21.11.2024 | 09:26
Onkoloji xəstələrə ayrılmış 60 milyon manat əsas 2 istiqamətdə sərf olunacaq...

21.11.2024 | 09:20
Alman klubu bu futbolçu üçün 120 milyon avro transfer qiyməti qoyub

21.11.2024 | 09:10
Husilər Türkiyə gəmisinə hücum edib - Ankaradan AÇIQLAMA

21.11.2024 | 09:06
Hacıqabulda 18 yaşlı gənc yol qəzasında ölüb

21.11.2024 | 09:00
Antonio Quterreş Azərbaycana gəlib

21.11.2024 | 08:38
Maliyyə naziri bağçaların maliyyəsi ilə bağlı əslində nə demək istədi - dövlət bağçalarının taleyi....

21.11.2024 | 00:13
Ukrayna bu dəfə Rusiyanı İngiltərənin “Storm Shadow” raketlərilə vurdu...

20.11.2024 | 21:33
Leyla Əliyeva və Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar - FOTO

20.11.2024 | 21:10
Rusiyaya atılmış 6 raketin neçəsi tutuldu? - Kreml və Pentaqondan ziddiyyətli xəbərlər....

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930