On ayda 21 milyard kubmetrdən çox təbii qaz ixrac edilib - DGK
Bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 21 milyard 338 milyon 832,9 min kubmetr həcmində təbii qaz ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 6 milyard 848 milyon 514,92 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,9 %, dəyəri isə 44,2 % azdır. Azərbaycanın ümumi ixracında təbii qazın payı 30,11 % olub.
Mətləb