Uyğunlaşma xüsusi tədbirlər və adekvat maliyyə tələb edir - nazir müavini
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar” mövzusunda bir sıra fikirlər səsləndirib. Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyinin mənfi nəticələri bugünkü həyatımızda özünü büruzə verir. Dünya artıq orta temperaturun və fəsillərin dəyişməsini, ekstremal hava hadisələrinin artan tezliyini və yavaş başlayan hadisələri yaşayır.
SİTAT: "Ölkələr və icmalar iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün uyğunlaşma həlləri hazırlamalı və tədbirlər həyata keçirməlidir. Uyğunlaşma tədbirləri ölkənin və ya regionun unikal kontekstindən asılı olaraq bir çox formada ola bilər. Siz yaxşı bilirsiniz ki, “hər kəsə uyğun bir həll” yoxdur, lakin eyni ekosistemləri paylaşan ölkələr üçün əməkdaşlıq, bilik və təcrübə mübadiləsi bu mənada çox vacibdir”.
Mətləb Salahov