COP29-da istifadə ediləcək elektrikli avtobuslar tədbirdən sonra sərnişinlərin istifadəsinə veriləcək
İlk dəfə COP29 zamanı istifadə olunacaq elektrikli avtobuslar tədbir bitdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək.
Trend xəbər verir ki, bu barədə AYNA tərəfindən COP29 zolaqlarına təşkil edilmiş media tur zamanı AYNA-nın mətbuat katibi Tural Orucov deyib.
O bildirib ki, ölkəyə 160 ədəd elektrik mühərrikli avtobus gətirilib:
"Bu avtobuslar ilk dəfə COP29 zamanı istifadə ediləcək. Tədbir bitdikdən sonra həmin avtobuslar sərnişinlərin ixtiyarına veriləcək",- o qeyd edib.