Cümə axşamı günü, 13 mart 2025
     

Qazaxıstan Azərbaycanın üzərindən 20 milyon ton neft ixrac edə bilər...

Image

Məlum həqiqətdir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Bu xüsusda Prezident İlham Əliyev hələ ötən il  Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib ki, əks istiqamətdə də tranzitin əhəmiyyəti az deyil: "Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır".

Faktdır ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Bunlar fonunda qarşılıqlı fəaliyyət nəqliyyat-tranzit sahəsində getdikcə daha çox diqqət çəkir. Bakı-Tiflis-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində reallaşdırılan genişmiqyaslı layihələr, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin alınması, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəminin daha da artırılması bunun bariz ifadəsidir. Enerji, nəqliyyat, müdafiə və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq regionun iqtisadi və geosiyasi birliyini gücləndirmək üçün vahid strategiyanı əks etdirir.  Elə bu fonda məlum olub ki, Qazaxıstan Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neft nəqlinin illik həcmini 1,5 milyon tondan 20 milyon tona çatdırmaq imkanlarını öyrənir. Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev məsələ ilə bağlı bildirib: "Bu il Bakı-Tiflis-Ceyhan vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılır. Bu marşrut üzrə tədarükün ildə 20 milyon tona qədər artırılması perspektivləri öyrənilir". Beləliklə, Bakı-Tiflis-Ceyhan vasitəsilə tədarükün həcmi 13 dəfədən çox arta bilər. Nazir bildirib ki, Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan vasitəsilə nəqlinin həcminin artırılmasında həm bizim, həm də azərbaycanlı tərəfdaşlarımız tərəfindən maraq var. Qeyd edək ki, Qazaxıstan neft ixrac marşrutlarını şaxələndirmək üçün ötən ildən Bakı-Tiflis-Ceyhan ilə tədarüklərə başlayıb. Xatırladaq ki, 2022-ci ildə "KazMunayQaz" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı-Tbilisi-Ceyhan marşrutu ilə illik həcmi 1,5 milyon ton olan neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə bağlanılıb. İxrac 2023-cü ilin aprelində başlayıb.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Transxəzər marşrutu ilə neft ixracının həcminin artırılması barədə tapşırıq vermişdi. Həmin il Qazaxıstanın "KazMunayQaz" və Azərbaycan SOCAR şirkətləri arasında "Tengiz" yatağından hasil olunan neftin Bakı-Tiflis-Ceyhan qaz boru kəməri ilə nəql olunması haqqında müqavilə imzalanıb.  Görünən odur ki, Qazaxıstan Azərbaycan vasitəsilə ixrac olunan neftin həcmini artırmaq istəyir. Qazaxıstan dünya neft ehtiyatının 2 faizinə malikdir, gündə 2 milyon barrel neft istehsal edir. Bu neftin 80 faizi Rusiya ərazisindən Qara dənizdəki Novorosiysk limanına çatdırılır. Ancaq bu marşrut etibarlı deyil və  Rusiyadan keçən boru xəttində tez-tez qəzalar baş verir. Buna görə Qazaxıstan neftinin nəqli dayandırılır və bu zaman ölkənin gəlirləri azalır. Rusiya bır sıra hallarda Qazaxıstan neftinin nəqlini siyasi səbəblərdən əngəlləyir.  Bakı-Tiflis-Ceyhanla yanaşı, Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin nəql edilməsini təklif edib. Bu istiqamətdə də müzakirələr aparılır. Bundan başqa, yuxarıa qeyd edildiyi kimi Azərbaycan Xəzərdə ən böyük donanmaya malik ölkədir. Bununla yanaşı, Azərbaycan donanmasına hər il yeni gəmilər daxil edir. Araşdırmalar da göstərir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Son 20 ildə ölkəmiz tranzit potensialının reallaşdırılması istiqamətində də genişmiqyaslı layihələr gerçəkləşdirib, o cümlədən, Avropa–Qafqaz–Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalı istifadəyə verilib, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizlərinin respublikamızdan keçən hissəsində bu önəmli infrastrukturların səmərəliliyini artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. Bu məqamda xatırlatmaq yerinə düşər ki, son illərdə ən yeni texnoloji standartlara uyğun inşa edilən gəmiqayırma zavodunun işə salınması, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ilə birləşdirilərək yaradılan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin donanmasında gəmilərin sayının getdikcə artırılması istiqamətində görülən tədbirlər də xüsusi yer tutur. Bunlar Qazaxıstanın da diqqətindən yayınmır. Azərbaycanın Qazaxıstanın hasil etdiyi "yaşıl enerji"nin də dünya bazarlarına çıxarılmasında ölkəmiz müstəsna rol oynamaq iqtidarındadır. O səbəbdən qarşılıqlı işbirliyinin daha da dərinləşməsi gözlənilir.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

13.03.2025 / 21:05
İrəvan Bakının sülh şərtlərini tam qəbul etdi – sazişin harada imzalanacağı müzakirə olunur...

13.03.2025 / 20:35
Ermənistan Azərbaycanla həm sülh deyir, həm də silahlanır...

13.03.2025 / 20:05
Ukrayna döyüşlərində "Rusiya imperiyasının" bayrağı qaldırıldı - mesajlar...

13.03.2025 / 20:01
SOCAR dünya enerji nəhəngləri ilə birgə İsrailin “Tamar” yatağında...

13.03.2025 / 19:51
Avropa İttifaqı Azərbaycanın 20 il əvvəlki siyasətinin düzgünlüyünü qəbul edir...

13.03.2025 / 19:37
"Turan" agentliyinin kreditorları nə tələb edir?

13.03.2025 / 19:24
Ermənistana getmiş türkiyəli jurnalist erməni təsirinə düşdü - ciddi xətalara yol verdi

13.03.2025 / 19:11
Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

13.03.2025 / 18:57
"Dermovate" məlhəminin qiyməti bəzi apteklərdə birdən-birə 16 manata qaldırılıb...

13.03.2025 / 18:42
Baş nazirin uşaqlarla bağlı qərarında yeni hansı tələblər var?..

13.03.2025 / 18:28
Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

13.03.2025 / 18:16
Trampla Xamneyinin arasında məktub məsələsi əsl müəmmaya dönüb...

13.03.2025 / 18:11
Makron Rusiyanın dondurulmuş 230 milyardına göz dikdi – Trampın yanında başqa söz demişdi…

13.03.2025 / 18:08
XİN Ermənistanla saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığına dair bəyanat yaydı

13.03.2025 / 18:03
Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf etdi

13.03.2025 / 17:58
Fransa 113 peykin casusluq imkanlarını Ermənistana açıb - Bakıya qarşı...

13.03.2025 / 17:45
ABŞ-ın “əvvəlki sərhədlər olmayacaq” şərtində ədalətli Moskva-Kiyev sülhü mümkündür?..

13.03.2025 / 17:39
Ermənistan XİN də təsdiqlədi - sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb

13.03.2025 / 17:32
“Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinə çevrilib” - Vüqar Rəhimzadə

13.03.2025 / 17:29
Ermənilər Türkiyə jurnalistlərini Marqara keçidinə apardılar - “keçid tam hazırdır” mesajı...

13.03.2025 / 17:16
Xristian "liderlər" Bakıda erməni məhkəməsi ilə bağlı Trampı təxribata çəkirlər...

13.03.2025 / 17:10
Milli Məclis hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı beynəlxalq parlament təşkilatlarına məktub göndərdi

13.03.2025 / 17:05
Ermənistan Azərbaycanın qalan iki təklifini də qəbul etdi - Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşdı...

13.03.2025 / 16:57
Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib

13.03.2025 / 16:55
Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

13.03.2025 / 16:41
Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

13.03.2025 / 16:29
"Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir" - ARTOC direktoru

13.03.2025 / 16:25
"Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik" - Ceyhun Bayramov

13.03.2025 / 16:18
Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapıldı

13.03.2025 / 16:17
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

13.03.2025 / 15:48
Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel keçirilib

13.03.2025 / 15:42
“TÜRK” etnonimi və törələri - YUNUS Oğuz yazır

13.03.2025 / 15:35
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib - FOTO

13.03.2025 / 15:25
Trampı fələstinli sözünə görə yıxıb sürüdülər...

13.03.2025 / 15:23
HƏMAS İsrailin işğalına müqavimət göstərəcəyini bəyan edib

13.03.2025 / 15:14
Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib - FOTO

13.03.2025 / 15:12
"Aİ-də bir çox məsələlərdə birlik yoxdur, Avropa ekzistensial böhrandadır" - Sabiq nazir

13.03.2025 / 15:05
Vidadinin ürəyi Vətənlə döyünürdü...

13.03.2025 / 14:57
Masallıda polis əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkarlandı

13.03.2025 / 14:43
“Vaşinqton İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır” - ABŞ beyin mərkəzi

13.03.2025 / 14:37
"Qlobal səviyyədə idarəçilik dəyişməlidir" - Çinin xüsusi nümayəndəsi

13.03.2025 / 14:32
"Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır" - Çavuşoğlu

13.03.2025 / 14:25
Jelka Tsviyanoviç: "Xll Bakı Qlobal Forumundakı çağırışlar fürsətə çevrilə bilər"

13.03.2025 / 14:12
"Onların mühakiməsi davam etdiriləcək" - Prezidentin köməkçisi

13.03.2025 / 14:06
Prezidentin köməkçisi: "Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik"

13.03.2025 / 13:54
"Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları bir araya gətirib" - Latviyanın sabiq Prezidenti

13.03.2025 / 13:40
"Azərbaycana qarşı vuruşan "Daşnak" adlandırılan taborda Ermənistan vətəndaşları da var idi" - Ermənistan ordusunun generalı

13.03.2025 / 13:36
"Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub" - Hikmət Hacıyev

13.03.2025 / 13:32
Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

13.03.2025 / 13:31
Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir"

13.03.2025 / 13:23
"Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz" - Hikmət Hacıyev

13.03.2025 / 13:20
"Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik" - Şarl Mişel

13.03.2025 / 13:19
"Bəzi Aİ ölkələri böhranın öhdəsindən təkbaşına gələ biləcəklərini düşünürdülər, lakin..." - Şarl Mişel

13.03.2025 / 13:16
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə təşəkkür etdi

13.03.2025 / 13:12
Fatih Birol: "Bakıdakı COP29 konfransı vacib nailiyyətlər gətirib"

13.03.2025 / 13:08
Трамп взял Путина за горло - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.03.2025 / 13:03
"Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik" - Tatyana Valovaya

13.03.2025 / 12:57
Şimali Makedoniya Prezidenti: "Qlobal Bakı Forumunda ən mühüm regional və qlobal problemlər müzakirə edilir"

13.03.2025 / 12:50
"Coğrafi məsafəyə baxmayaraq, dost ölkələrimizi dərin köklü əlaqələr birləşdirir" - Şimali Makedoniya Prezidenti

13.03.2025 / 12:48
"Bərpaolunan enerjiyə çəkilən xərclər 80 %-ə çatdırılmasa, iqlim böhranı davam edəcək" – Kosta-Rikanın sabiq ikinci vitse-prezidenti

13.03.2025 / 12:38
"Problemləri müəyyənləşdirmək və həll etmək üçün addımlar ata bilərik" - Şarl Mişel

13.03.2025 / 12:37
"Biz bir-biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq, bunlar birgə həllər tələb edir" - ÜST-nin Baş direktoru

13.03.2025 / 12:30
Əmək ...nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edildi

13.03.2025 / 12:16
Albaniya Prezidenti: "Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platformadır"

13.03.2025 / 12:16
"Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi" - Prezident İlham Əliyev

13.03.2025 / 12:11
"Qlobal Bakı Forumu ümid mesajlarını çatdıran bir forumdur" - Albaniya Prezidenti

13.03.2025 / 12:08
Prezident Əliyev erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışdı

13.03.2025 / 12:04
Turançı alim, Professor Əjdər İsmayılovun ANIM GÜNÜDÜR

13.03.2025 / 12:03
Ruslar ukraynalı hərbi əsirləri edam edirlər - DƏHŞƏT!

13.03.2025 / 12:02
“Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar" - Prezidentdən SƏRT MÖVQE

13.03.2025 / 12:00
Azərbaycanla düşmənçilik edən Fransa Özbəkistana milyardlarla sərmayə qoyur

13.03.2025 / 11:44
"Görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir" - Prezident

13.03.2025 / 11:40
İlham Əliyev: "Biz Cənubi Qafqazda sülh qurmalıyıq"

13.03.2025 / 11:34
"COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik"

13.03.2025 / 11:33
Prezident İlham Əliyev Roma Papası Fransiski təbrik etdi

13.03.2025 / 11:28
Tramp “atəşkəsə” görə Moskvanı hədələdi

13.03.2025 / 11:27
"Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq" - Prezident

13.03.2025 / 11:23
Prezident İlham Əliyev: "Əfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu"

13.03.2025 / 11:20
Sarkisyanın başı dərddədir - qanunsuz torpaq satışına görə cinayət işi açıldı...

13.03.2025 / 11:14
“Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

13.03.2025 / 11:05
Avropa və Ermənistan Türkiyəyə yalvarır - CANLI

Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456