KÖHNƏ VERSİYA            

Simonyan razılaşılmış sülh maddələrinin sayını 16-ya çıxardı - dünya spikerləri yalanla üz-üzə...

Image

Rəşad Bayramov: “Simonyanın mötəbər tribunadan belə deməsi, təbii ki, faktları saxtalaşdırmaq cəhdidir”

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir ki, Bakı və İrəvan sülh sazişini əldə etməyin astanasındadır. Spiker Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu assambleyası çərçivəsində sözügedən məsələ ilə bağlı bunları qeyd edib: 

“Bir neçə ay öncə sülh prosesi başlayanda Azərbaycan beynəlxalq səviyyədə qəbul olunmuş beş müddəa üzrə bizim razılığımızı istəyirdi. Biz bu gün artıq 16 müddəa üzrə tam razılıq əldə etmişik”.

O, Azərbaycanı siyasi iradə göstərərək fürsətdən yararlanmağa, mümkün olanı reallışdırmağa çağırıb: “Ermənistan elə bu gün sülh sazişini imzalamağa hazırdır”.

Simonyan 16 maddənin razılaşdırılmasından dəm vurur. Baş nazir Nikol Paşinyan təxminən bir ay öncə deyirdi ki, saziş layihəsinin 16 müddəasından 13-ü üzrə razılıq əldə olunub və gəlin buna uyğun sülh imzalayaq. Belə olan halda 16 hardan çıxdı? Bunların hərəsi bir söz danışır. Digər tərəfdən, Simonyan deyir çağırırıq ki, Azərbaycan siyasi iradə nümayiş etdirsin. Halbuki, sülh sazişi imzalamağa siyasi iradəsi olmayan Ermənistandır, Azərbaycan yox. O baxımdan dünya parlamentləri sədrlərinin gözü qarşısında Ermənistan spikeri tam yalan danışdı.

“Onun bu yalan bəyanatı ilə bağlı Azərbaycan tərəfinin konkret beynəlxalq təşkilatlara müraciəti olmalıdır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Simonyan razılaşdırılmış maddələrin sayını təhrif edir: “16 maddə razılaşdırılıb deyəndə nəyi nəzərdə tutduğunu, yəqin ki, Simonyanın özündən başqası bilmir. Çünki ortada real faktlar var. Fakt ondan ibarətdir ki, sülh sazişi mətnində razılaşdırılmayan məsələlər üzündən indiyə qədər sazişin imzalanması mümkünsüz olub. Razılaşdırılmayan məqamlarla bağlı nələrin nəzərdə tutulduğu məlumdur. Məlumdur ki, 3 məsələ ilə bağlı tərəflər arasında razılaşma əldə edilməyib. Bunlardan birincisi Ermənistanın Azərbaycana qarşı Konstitusiyasında öz əksini tapan ərazi iddialarıdır. İkincisi, delimitasiya və demarkasiya prosesinin hansı əsaslarla davam etdirilməsi ilə bağlı məsələ idi. Üçüncüsü də, Zəngəzur dəhlizi ilə bağlı məsələ idi. Bu məsələnin də hər iki tərəfin razılığı ilə ayrıca müzakirə edilməsi razılaşdırıldı. Yəni sülh sazişi mətnindən çıxarıldı. İndi Simonyanın mötəbər tribunadan “16 müddəa üzrə tam razılıq əldə etmişik” deməsi, təbii ki, faktları saxtalaşdırmaq cəhdidir. Çünki sözügedən məsələlərin razılaşdırılması üçün Azərbaycan tərəfinin konkret mövqeyi var. Simonyan belə deyirsə, o zaman Ermənistan Konstitusiya dəyişiklikləri ilə bağlı üzərinə real öhdəliklər götürür və digər delimitasiya prosesi Azərbaycanın şərtləri daxilində davam etdirilməsi ilə bağlı məsələyə də razılığını bildirir. Bu razılıqlar olubsa, o zaman elə bir tribunadan Azərbaycana çağırış etməyin nə mənası var? Çünki bu saziş Azərbaycan tərəfindən hazırlanıb və ilk gündən əsasən Bakı təkliflər ortaya qoyur. İndiyə qədər sazişin imzalanmaması Ermənistanın sadalanan konkret məsələlərə razılıq verməməsi ilə bağlıdır. Əgər bu razılıq verilibsə, o zaman Azərbaycana niyə çağırış olunur? Onsuz da biz sülh sazişinin məlum şərtlər daxilində imzalanmasının tərəfdarıyıq. Bütün bunlar onu deməyə əsas verir ki, Simonyan belə bir tribunadan istifadə edərək yalan məlumat verməklə ictimai rəyi çaşdırmaq məqsədi güdüb. İkinci bir tərəfdən də, dünya birliyinə guya Ermənistanın sülhpərvər obrazını təqdim etmək və əksinə, sülhə hazır olmayan tərəf kimi Azərbaycanı göstərməkdir. Ona görə də onun bu yalan bəyanatı ilə bağlı Azərbaycan tərəfinin konkret beynəlxalq təşkilatlara müraciəti olmalıdır”.

Vidadi ORDAHALLI







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

SON XƏBƏRLƏR

22.11.2024 | 08:40
Alimlər nazirin "yüksək maaş" sözlərini necə qarşıladı?..

21.11.2024 | 22:49
Putindən Kimə qəribə hədiyyə - 10 min əsgərə qarşılıq Şimali Koreyaya 70 heyvan göndərdi...

21.11.2024 | 22:19
Zaxarovaya mətbuat konfransında zəng gəldi - Ukraynaya raket hücumları ilə bağlı danışma... +VİDEO

21.11.2024 | 21:43
MM Lüksemburq parlamentinin ant-Azərbaycan qətnaməsini tutarlı arqumentlərlə alt-üst etdi

21.11.2024 | 21:19
Ermənilərin Azərbaycanda 30 illik “enerji cinayətləri”nin araşdırılması başladı...

21.11.2024 | 21:03
ABŞ Ukraynaya "mina qadağasını" da götürdü...

21.11.2024 | 20:44
Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

21.11.2024 | 20:29
COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

21.11.2024 | 20:15
COP29-un uğurları Fransanı özündən çıxarır...

21.11.2024 | 20:06
Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin ikinci nəşri yayımlandı

21.11.2024 | 20:01
Aİ-95-lə əlaqəli baş verənlər Azərbaycanın iqlim siyasətinin tərkib hissəsidir...

21.11.2024 | 19:48
Ermənistanda COP29-a qatılmamaq peşmançılığı başladı - çox şey itirilib...

21.11.2024 | 19:37
Urmiyədə vətəndaşlar İran rejiminin terroru dəstəkləyən siyasətlərinə etiraz ediblər

21.11.2024 | 19:34
Bakıda benzin-dizellə işləyən bir avtobus olmayacaq...

21.11.2024 | 19:21
244 milyon manat elm üçün nə deməkdir...

21.11.2024 | 19:07
Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib

21.11.2024 | 19:03
BMT məhkəməsi Azərbaycanın iddiasını lüzumsuz yerə bir il uzadır - etnik təmizləmə faktdır...

21.11.2024 | 18:48
G20-nin Ukrayna ilə bağlı yekun sənədi heç nəyi dəyişməyə qadir deyil...

21.11.2024 | 18:41
Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib - FOTO

21.11.2024 | 18:35
“Böyük Qayıdışda” mina problemi - heç bir beynəlxalq dəstək yoxdur, qərəz, ikili standart, erməni barmağı...

21.11.2024 | 18:23
Türkiyə şirkətlərinin azad olunmuş rayonlarda fəaliyyəti barədə şayiələr yayırlar - 4 milyard ayrılıb...

21.11.2024 | 18:21
COP29-da “Yaşıl Dünya Naminə İnklüzivlik” mövzusunda yan tədbir keçirildi

21.11.2024 | 18:15
"COP29-da Paris Sazişinin əsas sahələri üzrə razılığa gəlmək vacibdir" - Britaniya nümayəndəsi

21.11.2024 | 18:09
İqlimlə bağlı məlumatları düzgün təqdim etməyən ölkələr də var - BMT layihə hazırlayıb...

21.11.2024 | 17:56
Azərbaycanda yerli istehsal avtobusları ilə bağlı mübahisə gedir - tələbat var?

21.11.2024 | 17:43
Fransanın bəzi dövlətləri COP-dan çəkindirməsi rəsmi bəyan olundu...

21.11.2024 | 17:30
Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

21.11.2024 | 17:18
COP29 turizmlə bağlı tarixdə ilkə imza atdı...

21.11.2024 | 17:06
Nüvə müharibəsi başlasa Rusiya bu ölkələri vuracaq - dövlət televiziyası bir-bir açıqladı...

21.11.2024 | 16:59
"Bütün tərəflərin COP29-da əhəmiyyətli nəticələrə nail olmaq üçün konstruktiv işləməsi vacibdir" - Annalena Berbok

21.11.2024 | 16:33
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edildi

21.11.2024 | 16:31
"Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq" - BMT Baş katibi

21.11.2024 | 16:24
Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib - FOTO

21.11.2024 | 16:17
Rusiyanın Cənubi Kipri vuracağı iddia edildi - Kremlin təbligatçısı ruslara xəbərdarlıq etdi

21.11.2024 | 16:05
YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək

21.11.2024 | 16:04
"COP29 əla təşkil olunub" - Zaxarova

21.11.2024 | 15:51
"Cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya ödənilir" - Sahil Babayev

21.11.2024 | 15:38
BMT Baş katibi G20 liderlərini COP29-da maliyyə məqsədinin təmin edilməsi üçün göstəriş verməyə çağırdı

21.11.2024 | 15:24
ABŞ nümayəndəsi Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətindən danışdı...

21.11.2024 | 15:17
"Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik" - Quterreş

21.11.2024 | 15:10
"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlimlə mübarizə üçün zəruridir" - BMT Baş katibi

21.11.2024 | 14:50
COP29-da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib

21.11.2024 | 14:43
"Sivilizasiyamızın gələcəyini indi etdiklərimiz və ya etmədiklərimiz müəyyənləşdirəcək" - BMT rəsmisi

21.11.2024 | 14:25
"Çin və ABŞ-ın NDC-ləri qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir"

21.11.2024 | 13:58
Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü

21.11.2024 | 13:56
COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edildi

21.11.2024 | 13:45
"Su məsələləri üzrə Bakı Dialoqu gələcək COP-larda davamlı şəkildə keçirilməlidir" - BMT-nin xüsusi nümayəndəsi

21.11.2024 | 13:43
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

21.11.2024 | 13:29
BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirdi

21.11.2024 | 13:28
Nazir müavini bioloji müxtəlifliyin qlobal səviyyədə azalması səbəblərindən danışdı

21.11.2024 | 13:17
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalandı

21.11.2024 | 13:03
Против Армении должен быть создан международный религиозный трибунал - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

21.11.2024 | 12:53
BDU “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də yer alıb

21.11.2024 | 12:51
Muxtar Babayev hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırdı...

21.11.2024 | 12:40
Hökümət şəhid ailəsi üzvləri ilə bağlı yeni qaydanı təsdiqləyib - hansı yeniliklər var?

21.11.2024 | 12:40
"Su ilə bağlı məsələlərin həlli üçün BMT strukturları arasında əməkdaşlıq gücləndirilməlidir" - Britaniyadan baxış

21.11.2024 | 12:28
UNEP: "119 ölkə biomüxtəliflik üzrə milli hədəflərini təqdim edib"

21.11.2024 | 12:16
Qobustan Günəş Elektrik Stansiyasının tikintisini aparacaq xarici investor bəlli oldu...

21.11.2024 | 11:51
COP29: Yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidlə bağlı müzakirələr davam etdirilib

21.11.2024 | 11:43
COP29 çərçivəsində biomüxtəlifliyin, su ehtiyatlarının və iqlimin qarşılıqlı əlaqəsi mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib

21.11.2024 | 11:30
7 yaşı var, İT şirkətindən iş təklif aldı

21.11.2024 | 11:10
On ayda 21 milyard kubmetrdən çox təbii qaz ixrac edilib - DGK

21.11.2024 | 11:05
Ölkəmizdə "yaşıl texnologiya" əsasında iki yeni data mərkəzi tikiləcək

21.11.2024 | 11:02
Sülh üçün Ərdoğan planı və Putinin yeni nüvə doktrini. Dünya təhlükədə... - CANLI

21.11.2024 | 11:00
Uyğunlaşma xüsusi tədbirlər və adekvat maliyyə tələb edir - nazir müavini

21.11.2024 | 10:40
Azərbaycan idmançısı Avropa üçüncüsü olub

21.11.2024 | 10:15
Xətaidə yolu keçən 59 yaşlı qadını maşın vurub

21.11.2024 | 10:10
Türkiyədə bir neçə polisi yaralayan 11 şübhəli saxlanılıb

21.11.2024 | 10:10
"Titanik"in aktyorları 27 il sonra bir arada...

21.11.2024 | 10:05
Bu ölkə "Hizbullah"ı terror təşkilatı elan etdi

21.11.2024 | 10:00
"Su və iqlimə uyğunlaşma mövzuları əsas müzakirə mövzularıdır" - Jason Morrison

21.11.2024 | 09:30
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına dəstək QƏTNAMƏSİ

21.11.2024 | 09:26
Onkoloji xəstələrə ayrılmış 60 milyon manat əsas 2 istiqamətdə sərf olunacaq...

21.11.2024 | 09:20
Alman klubu bu futbolçu üçün 120 milyon avro transfer qiyməti qoyub

21.11.2024 | 09:10
Husilər Türkiyə gəmisinə hücum edib - Ankaradan AÇIQLAMA

21.11.2024 | 09:06
Hacıqabulda 18 yaşlı gənc yol qəzasında ölüb

21.11.2024 | 09:00
Antonio Quterreş Azərbaycana gəlib

21.11.2024 | 08:38
Maliyyə naziri bağçaların maliyyəsi ilə bağlı əslində nə demək istədi - dövlət bağçalarının taleyi....

21.11.2024 | 00:13
Ukrayna bu dəfə Rusiyanı İngiltərənin “Storm Shadow” raketlərilə vurdu...

20.11.2024 | 21:33
Leyla Əliyeva və Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar - FOTO

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930