Yardımlıda narkokuryer qohumlar saxlandı
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 47 yaşlı Ceyhun Həsənov və qohumu 27 yaşlı Hüseyn Cəfərov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri, ümumilikdə, 20 kiloqram marixuana və tiryək aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitələri maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
ZÜMRÜD