Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...
Ermənistanın Baş naziri Paşinyan Ermənistanın real olaraq Avropa İttifaqı ilə münasibətlərdə öz gündəmini genişləndirdiyini və mümkün üzvlük məsələsinin artıq siyasi gündəmin bir hissəsinə çevrildiyini deyib.
“Bu, sadə məsələ deyil, lakin Ermənistanda siyasi gündəmin bir hissəsinə çevrilib, ona görə də bu mövzuya ətraflı və hərtərəfli yanaşmaq lazımdır. Avropa İttifaqındakı tərəfdaşlarımızın iradlarını və məsləhətlərini dinləmək vacib olacaq” – deyə hökumət başçısı bildirib.
Qeyd edək ki, sentyabrın 9-da Avropa İttifaqı Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayıb.
Onu da xatırladaq ki, Ermənistan hazırda Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinin üzvüdür.
TAHİR