Peter Bekker COP29-da plenar iclasda çıxışına bu sözlərlə başladı - “Çox sağ ol, Azərbaycan!”
Hazırda COP29 iqlim sammitinin “Xəzər” zalında keçirilən “Karbonsuzlaşdırma həlləri üzrə aparıcı güc” mövzusunda plenar iclasda çıxış edən Dayanıqlı İnkişaf üzrə Ümumdünya Biznes Şurasının (“World Business Council for Sustainable Development” - WBCSD) icraçı direktoru Peter Bekker məruzə ilə çıxış edib.
WBCSD-in icraçı direktoru çıxışına “Çox sağ ol, Azərbaycan!” sözləri ilə başlayıb və COP29 iqlim konfransının təşkilatçılarına, həmçinin iqlim gündəliyinə sadiq olan hər kəsə təşəkkürünü bildirib.
ZÜMRÜD