Cümə günü, 18 iyul 2025
     

Dünyanın 10 il müzakirə etdiyi məsələ COP-da yerindən hərəkətə başladı...

Image

Fuad İbrahimov: "Bakıda Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsinin razılaşdırılması önəmli hadisədir"

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb. Əvvəlcə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə "SOCAR və "Asarel Energy" arasında Birgə İnkişaf Sazişi" imzalanıb.

Görüşdə Prezident İlham Əliyev imzalanan sənədin əhəmiyyətini vurğulayıb və bunun əməkdaşlığımızın möhkləmlənməsi işinə verdiyi töhfəyə toxunub. Dövlət başçısı COP29-da iştirak etdiyinə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti bu tədbirin artıq səmərəli nəticələr verdiyini deyərək vurğulayıb ki, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı 10 ildən çoxdur müzakirələrin aparılmasına və indiyədək irəliləyişlərin əldə edilməməsinə baxmayaraq, məhz COP29-da bununla əlaqədar müvafiq irəliləyişlərə nail olunub. Görüşdə bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq layihələri müzakirə olunub, COP29 çərçivəsində beynəlxalq maliyyə və bank təşkilatlarının yeni maliyyə hədəfi ilə bağlı verdiyi açıqlamaların ciddi ümidlər vəd etdiyi bildirilib.

Burada diqqəti çəkən məqam odur ki, Prezident Əliyevin də vurğuladığı kimi, Paris sazişinin 6-cı maddəsi üzrə 10 ildir müzakirə getsə də nəticə yox idi, lakin Bakıda irəliləyişə nail olundu. 

"Ümid edək ki, tədbirin son mərhələsində hansısa tarixə yazıla biləcək bir qərar qəbul olunacaq"

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, bu bir daha Bakıda keçirilən COP29-un önəmini ortaya qoyur: "İndi ehtimal var ki, bütün tərəflər Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılığa gəlsinlər. Sözügedən proses qeyd olunduğu kimi həyata keçsə, bu, çox önəmli bir məsələ olar. Birincisi, bu, tarixi bir proses olacaqdır. Məsələ ondadır ki, COP 1995-ci ildən keçirilir. COP29 Bakıda keçirilir və bu 29 tədbirin tarixinə diqqət yetirsək görərik ki, cəmi 4 dəfə bu tədbirlərdə önəmli qərarlar qəbul edilib. Bunlar da tarixə düşüb. 1997-ci ildə Kioto protokolu qəbul olunmuşdu. Daha sonra Qətərin paytaxtı Dohada keçirilən COP "Doha düzəlişi" ilə tarixdə qaldı. İllər sonra Paris Sazişi qəbul olundu. Ən nəhayət, 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində İqlim Paktı qəbul olunub. Sadaladığım tədbirlər tarixə düşüb. Ancaq bunların hər birində müəyyən məsələlər var. Məsələn, baxmayaraq ki, Paris Sazişi gündəmə gəldi və qəbul olundu, amma bir çox ölkələr maddələr üzrə tam razılaşmırlar. Bütün öhdəlikləri üzərlərinə götürüb ona əməl etmirlər. Məsələn, Birləşmiş Ştatlar Kioto protokoluna qoşulmayıb. Halbuki, ən çox atmosferi sənaye tullantıları ilə çirkləndirən ölkələrdən biri ABŞ-dır. Yəni sözügedən məsələdə incəliklər çoxdur. Ona görə də bu gün Bakıda Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsinin razılaşdırılması önəmli hadisədir. Bununla bağlı fikir ayrılıqlarını tam aradan qaldıra bilsək, bu, Azərbaycan üçün çox böyük uğur olacaq. Bu bir daha göstərəcək ki, Azərbaycanda keçirilən tədbirin xüsusi mahiyyəti mühüm əhəmiyyət kəsb edir. Hardasa inam var idi ki, bu proses baş tutacaq. Çünki ətraf mühitlə bağlı proseslər aktualdır. Azərbaycan da belə bir vacib tədbirə ev sahibliyi edir. Artıq ilk günlərdən pozitiv məlumatların yayılması, tərəflərin bir araya gələ bilməsi mühüm əhəmiyyət kəsb edir. Ümid edək ki, tədbirin son mərhələsində hansısa tarixə yazıla biləcək bir qərar qəbul olunacaq".

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
DAMM və İNK kollektivi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

18.07.2025 / 15:36
Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verdi

18.07.2025 / 15:17
Latviya Rusiya ilə sərhəddə bomba sığınacaqları tikir...

18.07.2025 / 15:02
" Yeni Azərbaycan" TV-nin icraçı direktoru Murad Paşayevlə müsahibə - VİDEO

18.07.2025 / 14:33
Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq

18.07.2025 / 14:23
Xocalı kərpic zavodunun açılışı oldu - FOTO

18.07.2025 / 14:20
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina etdi

18.07.2025 / 14:06
Bakıdan Naxçıvana avtobus reysləri bərpa olunur...

18.07.2025 / 14:03
Prezident İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub - FOTO

18.07.2025 / 13:50
Masallıda 12 minlik qızıl oğurlayan şəxs yaxalandı

18.07.2025 / 13:38
"Türkiyə-Azərbaycan münasibətləri özünün ən yaxşı dövrünü yaşayır" - Səfir Birol Akgün

18.07.2025 / 13:25
“Formula-1” tribunalarında tamaşaçı sayı 2 min nəfər artırılıb

18.07.2025 / 13:14
Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FOTO

18.07.2025 / 12:47
Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

18.07.2025 / 12:38
Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı oldu - FOTO

18.07.2025 / 12:30
Rusiyanın 20-dən çox bankı SWIFT sistemindən atılır...

18.07.2025 / 12:26
Prezident Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

18.07.2025 / 12:22
"Süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə öz töhfəsini verəcək" - Prezident

18.07.2025 / 12:19
Prezident İlham Əliyev ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

18.07.2025 / 12:00
Qubada "Kamaz" və "Jiquli" toqquşub

18.07.2025 / 11:35
Polis təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə xəbərdarlıq etdi!

18.07.2025 / 11:25
Zelenski Rüstəm Umerovu Təhlükəsizlik Şurasının katibi təyin etdi

18.07.2025 / 11:22
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb

18.07.2025 / 11:17
Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur

18.07.2025 / 11:12
Banklar, 105 gəmi, "Şimal Axını" - Avropa İttifaqından Rusiyaya qarşı ən sərt sanksiya!

18.07.2025 / 11:06
Naxçıvanın Baş naziri müşavirə keçirib

18.07.2025 / 11:02
ABŞ Senatından USAID-ə 9 milyard dollarlıq zərbə!

18.07.2025 / 10:30
“Hulusi Akar Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiyini bildirdi” – EMİN HƏSƏNLİ

18.07.2025 / 10:18
"Şelburn" - "Qarabağ" matçını bu hakimlər idarə edəcək

18.07.2025 / 10:11
"Tehran erməni dostlarına güvənir" - Mehdi Sobhani

18.07.2025 / 10:06
"Qərb Gürcüstanı qarışdırmağa hazırlaşır" - spikerdən AÇIQLAMA

18.07.2025 / 10:00
Türkiyədə antiterror əməliyyatı - 153 İŞİD-çi saxlanılıb

18.07.2025 / 09:30
Trampdan ŞOK ADDIM - Bu məşhur nəşri məhkəməyə verir!

18.07.2025 / 09:22
Daha bir reper saxlanıldı - bu dəfə söyüşə görə...

18.07.2025 / 09:20
Tələbə təqaüdlərindən adambaşına 3 manat tutqu narazılıq yaradıb...

18.07.2025 / 09:17
11 ölkədən Suriyaya dəstək BƏYANATI

18.07.2025 / 09:09
"Sabah" Avropa Liqası ilə vidalaşdı - hədəf Konfrans Liqasıdır

18.07.2025 / 09:05
Bakının bu əraziləri qazsız qalacaq - XƏBƏRDARLIQ

18.07.2025 / 09:00
Fransada sosial gərginlik - Həmkarlar İttifaqları tətil elan etdi!

18.07.2025 / 08:33
Azərbaycanlıların Rusiyadan vətənə pul göndərişinə məhdudiyyət qoyulacaq...

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910