Çərşənbə günü, 23 iyul 2025
     

COP29 çərçivəsində iqlim fəaliyyətinin inkişaf maliyyəsinə inteqrasiyası müzakirə olunub

Image

Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 14-də "İqlim fəaliyyətinin inkişaf maliyyəsinə inteqrasiyası" mövzusunda müzakirə təşkil edilib. Tədbir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf Yardımı Komitəsinin sədri Karsten Sauerin moderatorluğu ilə keçirilib.

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, iqlim və inkişaf fəaliyyətinin inteqrasiyası davam edən prosesdir. Biz inkişaf sahəsində əməkdaşlıq sektorunun necə dəyərli təcrübə qazandığını, prioritetlərin və siyasətlərin uyğunlaşdırılması, ssenarilərin maksimum səviyyəyə çatdırılması ilə bağlı yaxşı nümunələr gördük. İqlim məqsədləri üçün rəsmi inkişaf yardımı son on ildə tədricən artaraq 2022-ci ildə ümumi inkişaf yardımının üçdəbirinə çatıb. İqlim dəyişmələrinin inkişaf maliyyəsinə daxil edilməsi barədə ümumi fikrin olması çox əhəmiyyətlidir. İnkişaf maliyyəsi və iqlim maliyyəsi bir-birini əvəz edə bilməz. İnkişaf maliyyəsinin təminatçıları kollektiv təcrübəmizə əsaslanaraq, xüsusilə də iqlimin digər Dayanıqlı İnkişaf Məqsədlərinin mühüm hərəkətverici amil olduğunu nəzərə alaraq onun mövcud işlər siyahısına daxil olunmasını davam etdirməlidir.

"Qəbul etməliyik ki, ən az inkişaf etmiş ölkələr üçün inkişaf yardımının bir hissəsi olaraq özəl maliyyənin payı çox aşağıdır. Buna görə də ən az inkişaf etmiş ölkələr üçün də daxil olmaqla müvafiq iqlim fəaliyyətinin inkişaf strategiyalarını necə genişləndirə biləcəyimiz barədə fikirlərinizi eşitməyi səbirsizliklə gözləyirik. Açıq şəkildə qeyd edim ki, iqlim maliyyəsini təmin etmək iqlim məqsədlərimizə çatmaq üçün mühüm amildir. Biz müvafiq mənbələrdən maliyyəni sürətlə genişləndirməli, inkişaf edən ölkələr üçün ictimai maliyyənin artırılmasından əlavə onun kritik rolunu nəzərə almalıyıq", - deyə Yalçın Rəfiyev bildirib.

COP29-un baş danışıqçısı diqqətə çatdırıb ki, müvafiq mənbələrdən təmin edilən maliyyənin həcmi sürətlə genişləndirilməli, inkişaf edən ölkələr üçün ictimai maliyyənin artırılmasından əlavə, onun kritik rolu nəzərə alınmalıdır.

İnkişaf etməkdə olan ölkələr üçün dövlət maliyyəsini artırmaqdan başqa, bütün beynəlxalq maliyyə strukturunun sistem miqyaslı yanaşmaların qəbulu da daxil olmaqla gələcək iqlim maliyyəsi hədəfləri və inkişaf nəticələrinin səmərəliliyini maksimum səviyyəyə çatdırmasının önəmini vurğulayan Yalçın Rəfiyev deyib: "İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin iqlim dəyişikliyinin mənfi təsirləri ilə bağlı ssenariləri hər il iqlim fəlakətləri ilə üst-üstə düşür. Son aylarda təkcə Karib dənizində Beverli qasırğasını, Hindistanda, Banqladeşdə, Nigeriyada, Çadda və ən son İspaniyada ölümcül daşqınları gördük. Gəlin, bu pilot layihəyə əməkdaşlıq və qətiyyət ruhu ilə yanaşaq ki, iqlim və inkişafla bağlı maliyyəni artıra bilək. COP29-un qlobal səyləri iqlim dəyişikliyi ilə mübarizəyə səfərbər etməkdə Paris Sazişinin effektivliyini vurğulayaraq, hamımızı bu məqamda qətiyyətli və dəqiq addımlar atmağa çağırıram".

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev bildirib ki, ölkəmiz beynəlxalq cəmiyyətin etibarlı və məsuliyyətli üzvü kimi müxtəlif coğrafiyalarda davamlı inkişafın təşviqinə böyük əhəmiyyət verir, qlobal miqyasda hərtərəfli tərəqqinin stimullaşdırılması üçün beynəlxalq səylərə sadiq qalır.

E.Mehdiyev xatırladıb ki, Azərbaycanın müstəqilliyin ilk illərində üzləşdiyi münaqişənin ağır nəticələri, o cümlədən ərazilərimizin 20 faizinin işğalı və bir milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşməsi ölkənin sosial-iqtisadi vəziyyətinə sarsıdıcı təsir göstərib. Ancaq uğurlu daxili və xarici siyasət, davamlı tərəqqi və dinamik iqtisadi inkişaf nəticəsində Azərbaycan qarşıya qoyulmuş maneələri dəf edə bildi və uğurla donor ölkəyə çevrildi. Həmrəylik ruhu, qlobal rifah, eləcə də ölkələr və millətlər arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfə vermək Azərbaycanın xarici siyasətinin ayrılmaz hissəsidir.

Sonra OECD-nin inkişaf əməkdaşlığı üzrə direktoru xanım Mariya del Pilar Qarrido Qonzalonun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib. Müraciətdə iqlim dəyişikliyi ilə mübarizənin dayanıqlı inkişafla birbaşa əlaqəli olduğunu bildirən direktor dünya ölkələrinin davamlı inkişafının təmin olunmasında bu sahədə fəaliyyətin mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. Qeyd olunub ki, iqlimlə bağlı görülən işlərin əksəriyyəti mövcud beynəlxalq maliyyə sistemi vasitəsilə həyata keçirilə bilər.



VİDEO

SON XƏBƏRLƏR

23.07.2025 / 15:15
Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlər rəsmiləşdirilə bilər...

23.07.2025 / 14:53
DİN çimərliklərdə nəzarətsiz qalan azyaşlılarla bağlı çağırış etdi - ani nəzarətsizlik...

23.07.2025 / 14:33
Azərbaycan və Seneqal arasında imzalanmış Anlaşma Memorandumu təsdiqləndi

23.07.2025 / 14:21
Balakəndə kafeyə hücum edən şəxs icarədarı ölümlə hədələdi...

23.07.2025 / 14:10
Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına "yaşıl işıq" yandırdı...

23.07.2025 / 13:55
Nazir diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul etdi

23.07.2025 / 13:45
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-la gizli sənəd imzalayıb - İspaniyadan iddia...

23.07.2025 / 13:29
100 minə yaxın sənədsiz evə "amnistiya" verildi...

23.07.2025 / 13:25
Tramp da Paşinyanı küncə sıxıb – Sülh Müqaviləsi yaxın görünür...

23.07.2025 / 13:23
Şəmkirdə yolların əsaslı təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM

23.07.2025 / 13:17
Bəzi siqaretlər bahalaşdı...

23.07.2025 / 13:10
Кремль спустил всех собак против Баку и его друзей Гусмана и Маркова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.07.2025 / 13:02
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025 / 12:51
Abşeron-Xızı Təhsil İdarəsində yoxlama - 6 rəhbər şəxs işdən çıxarıldı

23.07.2025 / 12:43
Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatdı - 77,7 milyard...

23.07.2025 / 12:31
Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker saxlanıldı - SON DƏQİQƏ!

23.07.2025 / 12:07
Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı

23.07.2025 / 11:52
Mərkəzi Bank uçot dərəcəsini endirdi

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:03
Paşinyan Rusiyaya çağırıldı, Azərbaycana qarşı müharibə cağırışları şiddətlənir - CANLI

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

23.07.2025 / 10:10
Ağdam və Ağdərədəki yanğını söndürmək üçün 2 helikopter cəlb olunub

23.07.2025 / 10:06
Bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər

23.07.2025 / 10:01
Türkiyənin yük gəmisi Somalidə ələ keçirilib

23.07.2025 / 09:35
Bu gün "Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

23.07.2025 / 09:25
Şabranda avtomobil divara çırpılıb, sürücü ölüb

23.07.2025 / 09:20
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı

23.07.2025 / 09:14
Putinə bəd xəbər - Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

23.07.2025 / 09:10
BMT həyəcan təbili çalır- quraqlıq bəşəriyyəti təhdid edir!

23.07.2025 / 09:06
Andrey Şevçenkonun oğlu ingilis klubuna keçdi

23.07.2025 / 09:00
Tramp yaponlarla razılaşdı - 15 faiz gömrük rüsumu və minlərlə yeni iş yeri...

23.07.2025 / 08:35
Məktəbli formalarında yenidən dəyişiklik valideynləri narazı saldı...

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910