Cümə axşamı günü, 17 iyul 2025
     

Sokratdan Qulu Məhərrəmliyə qədər

Image

Qədim yunan filosofu Sokrat da yetmiş yaşına çatmışdı.. Bizim eradan qabaq 469-cu ildə doğulub, 399-cu ildə vəfat edib. "Həlak olub" da deyə bilərik. Çünki məhkəmənin hökmü ilə... zəhər içib. Öz fəlsəfi görüşləri ilə "dövlətin dayaqlarını sarsıtdığına görə". İndiki siyasi leksikonla desək, "vicdan məhbusu" olub.

Hətta onun məhkəmədəki son sözü məşhurdur. Hakimlərə deyib: "Mən artıq yaşlanmışam. Bir az da gözləsəydiniz, onsuz da özüm öləcəkdim. Amma indi mənim ölümümə görə siz günahkar olacaqsınız". Sokrata ölüm hökmü çıxaran hakimlər də öldü. Həm də günah içində. Amma Sokrat tarixin və insanlığın yaddaşında qalıb. "Qalıb" deyirəm, "yaşayır" demirəm. Yaşasaydı, yanımızda olardı, elə deyil?! Tarixdəki Sokratı da, özümüzü də aldatmayaq.

Hə, doğrudan da, Sokrat, sadəcə, yadımızda deyil, yanımızda olsaydı hələ! Daha bir yetmiş il, daha bir yetmiş il... yaşaya-yaşaya günümüzə qədər sağ-salamat gəlib çatsaymış!

Təsəvvür edin: Dünya onun varlığından nə qədər böyük fayda götürə bilərdi. Görün, Miladdan əvvəlki Sokrat Miladdan sonrakı iki min iyirmi dörd ildə necə bir Sokrat olardı!

Ümumiyyətlə, Sokrat kimi şəxsiyyətlər niyə ölsün ki?! Deyirsən: İlahi, bu cür işıqlı, qiymətli insanlar heyfdir axı! Niyə uzun yaşamasın ki?! Diri-diri dərisi soyulanda Nəsiminin əlli yaşı vardı; həyatının və təbinin ən verimli çağındaymış. Niyə belə tez getməliymiş axı?! Həm də belə!

Düşündükcə, üşənirsən: doğrudanmı, bu Dünyada daha bir də Füzuli boyda bir Füzuli doğulmayacaq?! Doğrudanmı, Hüqo kimi bir Hüqo daha gəlməyəcək?! Şopendən, Vivaldidən, Dalidən, Prustdan, Taqordan, Əli Kərimdən... bir də olmayacaq?!

Baxın, Müşfiq elə təkcə öz təbii ömrünü yaşasaydı, gör, daha necə şedevrlər yaradardı. Elə deyilmi?! Yaxud, məsələn, 41 yaş Frans Kafka kimi bir yazıçı üçün az deyilmi?! Allah bilir, özülü atılmış daha neçə mükəmməl bədii "Qəsr" "yarımçıq tikili" olaraq qalıb...

Yaşadıqca Dünyanı rəngləndirən, cəmiyyəti canlandıran, həyatı dadlandıran bu cür insanlara niyə əbədi ömür biçilməyib ki?! Qoy, lap yenə hamının vədəsi hələlik olaydı. Amma, məsələn, odu kəşf edən o qədim insan həmişəlik olsaydı, yaxşı olmazdımı?! Bəlkə həyatda görüb, oda, işığa görə təşəkkür etmək imkanımız olardı. Ya da ən azı Edison daha doxsan üç il artıq ömür sürəydi ki, bu günə çataydı, tapıb əlini sıxardıq...

Sözün tam anlamında işıqlı insanlar yaşamalıdır axı!

Doğrudan da, elə professor Qulu Məhərrəmli kimi şəxsiyyətlər çox yaşamalıdır axı!

Yox, haşa, İlahi! Üsyan etmirəm, sadəcə, sual edirəm. Amma sən Haqqsan və həmişə haqlısan. Hikmətindən sual olmaz, o ayrı. Çünki elə suallar var, cavabsız da gözəldir.

Sözünü etdiyimiz professor da gözəl yaşayıb, əslində. Sokratın sonuncu yaşına çatıb; o da gəlib yetmişə yetişə bilmişdi. Bu, Sokratla Qulu Məhərrəmlinin ömürləri arasında yeganə oxşarlıq deyil. Sokrat kimi Qulu Məhərrəmli də məhkəmə qarşısına çıxarılmışdı. Ancaq Sokratdan fərqli olaraq, bu ütüdən salamat çıxdı, həyatdadır, çox şükür!

Sokratın da tələbələri vardı, Qulu Məhərrəmlinin də tələbələri var. Sokrat tələbələrinə bağ-bağatda, küçədə, meydanda... bir sözlə, açıq havada dərs deyirdi. Ancaq Qulu Məhərrəmliyə universitet auditoriyası verilib. Bir xoşbəxt fərq də, bu olsa gərək. Sokratın auditoriyasında dərs deyəcəyi bir məktəbi yox idi, ancaq bir fəlsəfi MƏKTƏBi var. Qulu Məhərrəmlinin isə, həm dərs deməyə məktəbi var, həm də... bir MƏKTƏBi var. Bu yaradıcılıq MƏKTƏBİ isə hamının üzünə açıqdır.

Şəxsən mənə Qulu Məhərrəmli auditoriyada birbaşa dərs verməyib, ancaq mən ondan dərs almışam. Hələ neçə-neçə nəsillər professorun özünü tanımadan, üzünü görmədən ondan dərs alacaq! Sokratdan dərs aldığımız kimi.

Nə bilim! Kaş, ömür də Miladdan əvvəlki tarix kimi olaydı: Dünyaya yararlı insanlar yaşlanıb yetmişə çatanda, qayıdıb cavanlaşmağa doğru yaşayaydı təzədən. Rəqəmlər azdan çoxa deyil, çoxdan aza doğru gedəydi. O zaman biz iyirmi ildən sonra professorun əlli illiyini keçirərdik. Gözəl olmazdımı?! Əlbəttə, olardı.

İnsanların belə düşünməsi bir az qəribə olsa da, təbiidir: heç kim ona məxsus olan dəyərli varlığı itirmək istəməz.

Ona görə də sənin üçün dəyərli insanlara sevginlə yanaşı, həmişə bir qorxun da var: qocalır axı. Dəyərli insanlar sənin üçün sonsuz səadət qaynağıdır, amma, məşhur mahnıda deyildiyi kimi, "səadətdə onu itirmək qorxusu" da olur. Ən cəsur kişinin belə ən çox qorxduğu şey sevdiyi qadının gözündən düşməkdir, elə deyilmi?!

Ən qorxulusu itirmək qorxusudur. Bunlar təbii hisslərdir: insan düşmənindən çox, dostundan... qorxur. Çünki düşməni itirmək xoşbəxtlikdir, dostu itirmək isə...

Yox, təpədən dırnağa optimist bir insan haqqında yazıda bu cür pessimist notlar artıqdır. O kədərli cümlələri bu yazıdan silmək asandır; istəsəniz, silə bilərəm. Amma professor razı olmaz: yazıya pozu yoxdur. Sözün hər anlamında. Əsas NEÇƏ yaşadığın deyil, necə yaşadığındır.

Professor necə yaşayıb, bilirsiniz. Hamının gözü önündə yaşayır. Elə insanlar var, nəinki başqalarından, elə özündən də gizlənib yaşamağa çalışır. Hətta dəvəquşu kimi başını quma basdırıb "gizlənənlər" də az deyil. Amma professor Qulu Məhərrəmli heç kimdən qaçmır, heç kimdən gizlənmir. Niyə?! Çünki həyatında gizlənməyi gərəkdirəcək bir şey yoxdur. Onun heç nədən və heç kimdən qorxusu yoxdur. Çünki sevgisi var. Onu həyata bağlayan, bu müdrik yaşında da cavan saxlayan həmin o sevgidir.

Bəli, professorun həyat eşqi, yaradıcı enerjisi o qədər çoxdur ki, ən azı daha bir yetmiş il də yaşaya bilər. Mən özüm Qulu Məhərrəmlidə o potensialı görürəm. Və mən də hamı kimi onu həmişə aramızda görmək istəyirəm. Elə, bax, belə bir tükənməz həyat eşqi ilə. Sönməyən işığı, yorulmayan qələmi və coşqun yaradıcı enerji ilə. Üstəgəl də bu cür Sokratyana müdrikliyi ilə...

Bahəddin Həzi, 
Bizimyol.info





VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910