Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Paşinyan uydurdu - "Azərbaycan müasir Ermənistanın 60 faizinə göz dikib"...

Image

Məhərrəm Zülfüqarlı: "Paşinyanın bu iddiası tamamilə absurddur, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur"

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası bu ölkənin Konstitusiyasında, onun preambulasında öz əksini tapsa da, Qarabağ Ermənistan ərazisi kimi qələmə verilsə də, Ermənistan bunları inkar edir və Konstitusiyasını dəyişməməkdə israr edir. 

Bildiyimiz kimi, Azərbaycan tərəf haqlı olaraq Ermənistandan Konstitusiyasını dəyişməyi, oradan Azərbaycana qarşı ərazi iddiasını əks etdirən maddənin çıxarılmasını tələb edir, yalnız bundan sonra sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu bəyan edir. Amma Nikol Paşinyan və onun hökuməti bir qayda olaraq gerçəyi inkar etmək mövqeyi sərgiləyir, Azərbaycana qarşı ağlasığmaz iddialar irəli sürür.  

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyanın tribunasında deyib ki, Azərbaycanın Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması ilə bağlı "iddiaları" Ermənistan Respublikası Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilməsinə əsaslanır, bu da öz növbəsində "Dağlıq Qarabağın" adını çəkir.

Paşinyan iddia edib ki, Ermənistan  Konstitusiyasının mətnində nə birbaşa, nə də dolayısı ilə "Dağlıq Qarabağla" bağlı hər hansı müddəa var. 

"İkinci: Azərbaycan Konstitusiyasının preambulasında 1991-ci il oktyabrın 18-də qəbul edilmiş konstitusiya aktına istinad var ki, bu da öz növbəsində 1918-ci il mayın 28-də qəbul edilmiş Birinci Azərbaycan Respublikasının İstiqlal Bəyannaməsinə istinad edir. İlk Azərbaycan Respublikasının Bəyannaməsində də öz növbəsində qeyd edilirdi ki, ilk Azərbaycan Respublikası Şərqi və Cənubi Zaqafqaziyanın tərkibinə daxildir. 1919-cu ilin noyabrında Azərbaycan Respublikası Antantaya özünün inzibati-ərazi xəritəsini təqdim edib. Bu xəritəyə görə Azərbaycan ərazilərinə Ermənistanın Sünik və Vayots-Dzor rayonlarını, habelə Ararat, Armavir, Qeqarkunik, Tavuş ərazilərini, Lori və Şirak bölgələrini də daxil edir. Bütövlükdə götürsək, bu, Ermənistanın indiki ərazisinin təxminən 60%-ni təşkil edir".

Paşinyanın uydurmalarına görə, guya bu səbəbdən Azərbaycan konstitusiyasında Ermənistana qarşı "ərazi iddiaları" var. Baş nazir deyib ki, Ermənistan iki səbəbdən Azərbaycan konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmır. "Birincisi, belə bir tələb Ermənistan-Azərbaycan sülh prosesini dalana dirəyəcək, ikincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmış hissəsində belə bir maddə var. Tərəflərin bu müqaviləyə əməl edilməməsinə haqq qazandırmaq üçün öz daxili qanunlarından istifadə edə bilməyəcəyini bildirir. Sülh müqaviləsinin razılaşdırılmış hissəsinin digər maddəsində deyilir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər..."

Paşinyan iddia edir ki, guya Azərbaycan Ermənistan ərazisinin 60 faizinə qarşı iddia irəli sürür. N.Paşinyan iddiasını 1919-cu ilin noyabrında Azərbaycan Xalq Cumhuriyyətinin Antantaya təqdim etdiyi inzibati-ərazi xəritəsinə istinadədən təsdiqləmək istəyir ki, o xəritədə əks olunan əraziləri guya Azərbaycan yenidən özünə qaytarmaq istəyir. Bəli, Cumhuriyyətin Antantaya təqdim etdiyi xəritə də sübut edir ki, adları çəkilən ərazilər Azərbaycanın tarixi torpaqlardır, amma Azərbaycan bu gün o torpaqlara qarşı heç bir iddia irəli sürmür, bu fikirdən tam uzaqdır. Azərbaycan istəyir ki, Ermənistan Konstitutsiyasından məlum bəndi çıxarsın, rəsmən Azərbaycana qarşı ərazi iddiasına son qoysun, bundan sonra sülh müqaviləsi imzalansın. Azərbayan Prezidenti dəfələrlə bəyan edib ki, bizim heç kəsin ərazisində gözümüz yoxdur, heç bir ölkəyə, o cümlədən də Ermənistana qarşı ərazi iddiamız yoxdur, amma indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. 

"Paşinyan belə rəy yaratmaq istəyir ki, biz Qarabağı öz ərazimizə Konstitusiya ilə daxil etmişiksə, siz də Cumhuriyyətin varisi olmağınızı Konstitusiyaya salmaqla Cumhuriyyətin ərazilərinə iddia edə bilərsiz"

Siyasi icmalçı, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki,  Ermənistanın baş nazirinin ortaya atdığı yeni uydurmalar sülh müqaviləsinin imzalanmasına qarşıdır. Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddiasının olmadığını deyən M.Zülfüqarlı qeyd etdi ki, faktiki olaraq indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. "Birinci növbədə Ermənistanın bu mövqeyi ortaya atması, bu mövqeni dartışması Azərbaycanın böyük qələbəsidir. Yadınızadadırsa, 2020-ci ilə, 44 günlük müharibəyə qədər Nikol Paşinyan belə bir fikir bildirmişdi ki, "Qarabağ Ermənstandır və nöqtə" . Azərbaycan Prezidenti İlham Əliyev də "Qarabağ Azərbaycandır və nida" dedi. Yəni dünənə qədər Ermənistan bunu deyirdisə, indi belə demirlər. Heç yatsaydılar yuxularına da gəlməzdi ki, 2020-ci ilin senytyabr ayının 27-dən başlayan Vətən müharibəsindən sonra onlar Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edəcək, hətta öz Konstitutsiyalarını təftiş etməyə başlayacaqlar. Yenə də deyirəm, onların bu səviyyəyə gəlməsi Azərbaycanın böyük qələbəsidir.

Qaldı Paşinyanın söz güləşdirməsinə, o deyir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Bəli, bizim Konstitusiyamızda belə bir maddə var. Bildiyimiz kimi, Azərbaycan Xalq Cumhuriyyətinin ərazisi mübahisəli ərazilərlə bir yerdə 113, 9 min kvadrat kilometr idi. Amma mübahisəli olmayan tam ərazisi 98 min kvadrat kilometr idi. Sovet dövründə də bunu 86, 6 min kvadrat kilometrə qədər endirdilər və 44 günlük müharibəyə kimi də bunun 20 faizini ermənilər işğal etmişdi. Yəni biz öz Konstitusiyamızda Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu elan etmişik. Amma bizim Konstitusiyada heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Əgər bu gün Azərbaycan ərazi iddiasına başlasa, Dərbəndə də, Gürcüstana da, İrana da, Ermənistana da ərazi iddiası irəli sürə bilərik. Amma biz bunu heç kəsə qarşı etmirik. Biz tarixi ərazilərimizi unutmasaq da, BMT qərarlarına, BMT nizamnaməsinə sadiqik. Yəni BMT-yə hansı ərazi ilə girmişiksə, həmin ərazilərin müdafiəsinə çalışırıq, müdafiə edirik, tarixi ərazilərimizə isə iddiamız yoxdur. Ermənistan isə BMT-yə daxil olandan Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edir və Qarabağı da, ətraf əraziləri də 30 il işğalda saxlayıb, viran qoyub. İkinci bir məsələ, 1991-ci ildə  Rusiya Federasiyası da elan edib ki, SSRİ-nin varisidir. Bu o demək deyil ki, Rusiya keçmiş SSRİ ərazisinə hüquqi cəhətdən iddia edir. Bu sadəcə bir bəyannamədir ki, elan olunur, varisliyi öz üzərinə götürür. Amma keçmiş SSRİ ərazisinə Rusiya Federasiyası iddia etmir, varislik də ona elə bir hüquqi əsas vermir. O cümlədən, Azərbaycanın da Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu elan etməsi heç də o demək deyil ki, Azərbaycan Konstitusiyanın preambula hissəsində olan o deklarativ bəyanata istinad edib Azərbaycan Xalq Cumhuriyyətinin ərazilərinə iddia edir. Xeyr. Azərbaycan hüquqi dövlətdir və qonşuların ərazilərinə də hörmətlə yanaşır. Sadəcə olaraq Ermənistan hüquqi dövlət olmadığına, işğalçı dövlət olduğuna görə və 1988-ci ildən sonra öz Konstitusiyasına Azərbaycan ərazilərini də daxil etdiyi üçün Azərbaycan haqlı olaraq Konstitutsiyanın dəyişməsini tələb edir. Ermənistan Azərbaycanın Qarabağ ərazisini öz Konstitusiyasına salmaqla öz işğalçılıq niyyətlərini dünyaya bəyan edir. Bundan başqa, Ermənistan öz gerbinə Türkiyə ərazisi olan Ağrıdağın şəklini salıb. Bununla da Türkiyəyə qarşı ərazi iddiası edir.  Ermənistan Türkiyə və Azərbaycanla yaxınlaşmaq, hər hansı bir saziş imzalamaq, münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə niyyət protokolu imzalanmlıdır ki, qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkir və bu iddianı davam etirməyəcək. Bundan sonra beynəlxalq hüquq çərçivəsində bu ölkənin Konstitutsiyasında olan o işğalçı maddənin çıxarılması ilə bağlı işlər aparılmalıdır. Yəni demək istəyirəm ki, bizim birbaşa danışıqlarda təcili Konstitusiyaya dəyişiklik edilməsi məsələsinə hələ Ermənistan hazır deyil. Hətta Paşinyan rejimi hazır da olsa, Konstitusiyaya əlavə və dəyişiklik referendumla olmalıdır. Ermənistan əhalisində də həm bizə, həm də Türkiyəyə qarşı qatı irqçi, faşist təfəkkürü qalmaqdadır. Paşinyan istəsə də referndum keçirilib Konstitutsiya dəyişilsin, Ermənistan əhalisi buna müsbət səs verməyə hazır deyil. Onda da bütün danışıqlar pozulacaq, proses uzanıb gedəcək və yenə də müharibə təhlükəsi yarana bilər".

M.Zülfüqarlı hesab edir ki, münasibətlərin normallaşması üçün ilkin mərhələdə niyyət protokolu imzalanmalıdır, növbəti mərhələdə erməni əhalisi hazırlanandan, o nağıllardan, o miflərdən əl çəkəndən, o uydurmalar onların beynindən silinəndən sonra orda referendum keçirib Konstitusiyaya dəyişiklik etmək olar. "Ona görə də, indiki rejim böhran keçirir, xalqın istəyinin əleyhinə gedə bilmir, çünki xalq hələ də qatı millərçilik şüurundan xilas olmayıb. Bu səbəbdən də Paşinyan bu cür əsassız bəyanatlar verməklə vəziyyəti bərabərləşdirməyə çalışır. Yəni Paşinyan belə rəy yaratmaq istəyir ki, biz Qarabağı öz ərazimizə Konstitusiya ilə daxil etmişiksə, siz də Cumhuriyyətin varisi olmağınızı Konstitusiyaya salmaqla Cumhuriyyətin ərazilərinə iddia edə bilərsiz.  Paşinyanın bu iddiası tamamilə absurddur, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Paşinyan özündən uydurur ki, guya Azərbaycan Cumhuriyyətin ərazisi olan indiki Ermənistan ərazisinə qarşı iddia irəli sürə bilər. Əslində belə şey yoxdur.  

Dünya təcrübəsində bu var, istənilən xalq özünü əvvəlki dövlətinin varisi elan edə bilər. Amma bu o demək deyil ki, varis həmin tarixi ərazilərə iddia etməklə  qonşular qarşısında məsələ qaldıra bilər. Yəni biri var özünü 1918-1920-ci ildə mövcud olan respublikanın varisi elan edəsən, biri də var 1988-ci ildə qonşunun torpaqlarını işğal edib onu 30 il öz işğalında saxlayasan, hətta qonşu dövlət öz ərazisini işğaldan azad edəndən, sən bu torpaqların Azərbaycana aid olduğunu etiraf edəndən sonra da Konstitusiyanda həmin ərazini öz ərazin kimi saxlayasan, bunlar tamamilə fərqli şeylərdir.

Mənə elə gəlir ki, Paşinyan rejiminin özündən asılı olsa, o bu maddəni Konstitusiyadan çıxarardı, amma bu ondan asılı deyil"-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910