Şənbə günü, 19 iyul 2025
     

Qərbi Azərbaycan hökumətinin yaradılması zərurətə çevrildi...

Image

Bir vaxtlar xilası üçün Azərbaycana yalvaran Qarabağdakı ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan yenidən təxribatçı iddialarla çıxış etməyə başlayıb. Saxta "Dağlıq Qarabağ Respublikası"nın 33-cü ildönümü ilə bağlı verdiyi açıqlamalarda o, cəfəng fikirlər səsləndirib. 

Hətta o, hələ də hansısa statusla Qarabağa qayıtmaq ümidlərini itirmədiklərini bildirib. Özü də Şahramanyan təkcə qayıtmaqdan yox, təxribatçı iddialarını daha da şişirdərək yenidən Qarabağı işğal etməkdən də danışıb: "Ola bilməzdi ki, təhlükəsizliyimizin qarantı olan Ermənistan bizi tərk etdi. İnsanları Ermənistana təhlükəsiz çıxarmaq üçün hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etməyən bir sənədə imza atmağa məcbur oldum. Yalnız güclü Ermənistanla Qarabağı geri qaytara bilərik. Vardan Oskanyanın rəhbərliyi altında xüsusi bir komissiya yaradılıb. Bu komissiya beynəlxalq təminatlar altında xalqımızın öz evlərinə təhlükəsiz qayıdışını təmin etmək üçün beynəlxalq təşkilatlardan dəstək və mexanizmlər axtarır". 

O iddia edir ki, ermənilərin Qarabağa qayıdışı "beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq". Şahramanyan ermənilərin Azərbaycanın suverenliyi və hakimiyyəti altında yaşamaq istəmədikləri üçün Qarabağdan getdiklərini söyləyib. Həmçinin separatçı rejimin ləğvi haqda "fərman"ının heç bir "hüqiqi qüvvə"sinin olmadığını qeyd edib. Görünən odur ki,  erməni separatçıları iddialarını davam etdirir, həmçinin, məğlub dövlət ordusunu gücləndirir, sülh gündəliyi ilə bağlı konkret addımlar atmırlar. Şahramanyanın bəyanatları sülh prosesini gərginləşdirir və revanşizmdən xəbər verir. Düzdür, Azərbaycan bundan sonra öz ərazisində heç bir qanunsuz quruma icazə verməyəcək, bunu başqa yollarla əldə etmək istəyənlərə isə layiqli cavab veriləcək. Lakin digər addımlar da atılmalıdır. Məsələn, artıq  mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtıdır. Bu ideya ilk dəfə deyil ortaya atılır. Son 30 ildə dəfələrlə bu ideya ilə çıxış edənlərin sayı az deyil. Bu gün Azərbaycanda Qərbi Azərbaycan İcması fəaliyyət göstərir, strukturu piramida şəkilli bu təşkilat yuxarıdan yox, aşağıdan təşkilatlana-təşkilatlana gəlir. Yəni əvvəl Qərbi Azərbaycanın bütün kəndləri üzrə icmalar formalaşır, kənd icmaları rayon icmalarını təşkil edir, rayon icmaları mərkəzi orqanda birləşir. Bu təşkilatlanma başa çatdıqdan sonra artıq avtomatik olaraq hökumət formalaşa bilər.

Qeyd edək ki, Qərbi Azərbaycan məsələsi tədricən dünyada qəbul edilir və bu da Ermənistanda ciddi narahatlıq yaradır. Xatırladaq ki, ermənilər soydaşlarımızın Qərbi Azərbaycandan 1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə mərhələli və kütləvi şəkildə qovulmasına nail olublar. 1991-ci ilə kimi Qərbi Azərbaycanda ərazi toponimlərinin 90 faizin­dən çoxunu türk mənşəli adlar təşkil edib. İndiki Ermənistanda azərbay­canlılara məxsus yaşayış məntəqələrinin ad­larının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan dər­hal sonra Ermənistan hökumə­tinin qərarı ilə başlanılıb. Son­rakı dövrlərdə azərbaycanlılara məxsus tarixi adların dəyişdirilməsi prosesi daha da sürət­ləndirilərək kütləvi miqyas alıb. Bu məsələlər haqqında danışarkən prezident İlham Əliyev qeyd edib: "Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdud­laşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azər­baycanlıların yaşadıqları ərazi çox böyük ol­muşdur. İndiki Ermənistan, əslində, Azərbay­canın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq". İndi hesab olunur ki, azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. Bu prosesə töhfə üçün ölkə parlamentinin müvafiq addımlar atması, xüsusi komissiyanın yaradılması məsələsinə baxması da zəruridir. Bütün bunlar Şahramanyana və onu dəstəkləyənlərə də layiqli cavab olardı.  Ermənistan dövləti ilə sülh şəraitində yanaşı yaşamaq üçün mahiyyəti üzrə işlənib hazırlanmış imperativlər Qərbi Azərbaycan torpaqlarından deportasiya edilmiş azərbaycanlıların vətənlərinə qansız-qadasız şəkildə geri qaytarılması üçün mühüm əhəmiyyət daşıyır. Təbii ki, burada söhbət ərazi iddialarından deyil, tarixi həqiqətdən gedir. Azərbaycan bu prosesi sülh yolu ilə həyata keçirmək istəyir. Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq. Qərbi Azərbaycan hökumətinin yaradılması bu prosesdə mühüm töhfə olardı. Qarabağdan olan ermənilərin isə Azərbaycana geri dönməsi mümkündür. Rəsmi Bakı dəfələrlə bildirib ki, reinteqrasiya prosesinə qoşulmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən hər bir qarabağlı erməni ölkəsinə qayıdaraq normal həyat sürə bilər. Bu ermənilərin hüquqları və təhlükəsizlikləri tam şəkildə təmin ediləcək. Onların hüquqları və azadlıqları Azərbaycanın digər vətəndaşları ilə eyni səviyyədə olacaq. Amma Qərbi Azərbaycandan olan soydaşlarımızın da qayıdışı üçün artıq müvafiq addımların sistemli və praktiki mərhələyə keçməsinin zamanı çatıb.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910