İran iki aurbus təyyarəni birdən oğurladı.....
İranla bağlı yeni bir qalmaqallı mlumat nəşr olunub. Newsru.co.il nəşrinin yazdığına görə, İran rejimi beynəlxalq sanksiyalardan yan keçmək üçün getdikcə daha mürəkkəb yollar icad edir. Nəşr yazır ki, Qambiyanın Macka Invest şirkəti tərəfindən icarəyə götürülmüş iki Airbus A340 sərnişin təyyarəsi bu ilin fevralında Litvadan Cənubi Asiyaya uçmalı idi, lakin təyinat yerinə çatmamış, onlar İranda “peyda” olublar.
“Əvvəlcə təyyarələrin oğurlanması ilə bağlı məlumatı Litvanın işgüzar nəşri Verslo Zinios dərc edib: nəşrə görə, təxminən 300 milyon dollar dəyərində iki Airbus A340 təyyarəsi sərnişinsiz Litvadan Şri-Lankaya uçmalı idi, lakin onlar yarı yolda yoxa çıxıblar. Bu təyyarələrin pilotları, görünür, çox böyük mükafat müqabilində İran ordusu ilə əməkdaşlıq edən xarici vətəndaşlar olub. Təyyarələr təyinat yerinə gedərkən “yoxa çıxıblar”: İran hava məkanının girişində təyyarənin yerini bildirən transponderlər söndürülüb.
Mövcud ehtimallara görə, bir təyyarə Tehranın Mehrabad hava limanına, ikincisi isə Çabahardakı Konarak hava limanına enib. Belə ki, İranın “Mahan Air” aviaşirkəti İrana təyyarə və komponentlərin tədarükünü qadağan edən beynəlxalq sanksiyalardan yan keçərək, iki Airbus A340 sərnişin təyyarəsi alıb.”
Nəşr iddia edir ki, üçüncü təyyarənin də göndərilməsi planlaşdırılırmış, lakin Şaulyai Hava Limanının direktoru Aureliya Kuezada bildirib ki, təyyarənin uçuşu onun da İrana uçacağından qorxaraq ləğv edilib.
Qeyd olunur ki, bu, İranda sərnişin təyyarələrinin qaçırılması ilə bağlı ilk hadisə deyil: təxminən il yarım əvvəl eyni tipli dörd sərnişin təyyarəsi - Airbus A340 Cənubi Afrikadan Özbəkistana gedən yolda yoxa çıxıb və məlumatlara görə, eyni ssenari İran üzərində də “yoxa çıxdı”. Onların İranın “Mahan Air” aviaşirkəti tərəfindən “udulduqları” güman edilir.
Mətləb