Baydenə ŞOK - reytinqi minimuma enib...
ABŞ Prezidenti Cozef Baydenin amerikalılar arasında populyarlığı 36 faizə düşüb ki, bu da, demək olar, son iki ilin ən aşağı göstəricisidir. bu barədə “Reuters” və “Ipsos”un birgə keçirdiyi sorğunun nəticələrindən məlum olub. Bildirilib ki, Amerika liderinin reytinqi sonuncu dəfə 2022-ci ilin iyulunda belə aşağı səviyyədə olub. Bu ilin aprelində respondentlərin 38 %-i Baydenin işini müsbət qiymətləndirib.
Qeyd olunub ki, sorğu iştirakçılarının 23 %-i ABŞ-də iqtisadiyyatın vəziyyətini ən ciddi problem hesab edib, 21 %-i əsasən siyasi ekstremizm problemi, 13 %-i qanunsuz miqrasiya problemindən narahat olub.
Mətləb Salahov